Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında vəzifə bölgüsü - SİYAHI

img

24-08-2015 [14:39]



Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının növbəti iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasda Şuranın keçən iclasının qərarına uyğun olaraq Sabit Bağırov və Azər Mehtiyev tərərfindən hazırlanmış "Azərbaycan Respublikasının 2013-cü il üzrə MHŞT Hesabatına Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının Rəyini Şura üzvlərinə təqdim ediblər.

Rəy barədə Şuraya məlumat verən Azər Mehtiyev bildirib ki, MSŞA QHT Koalisiyasının ekspertləri Azərbaycan Republikasının 2013-cü il üzrə MHŞT Hesabatını dərindən öyrənməklə, Hesabatın məzmunu və strukturunu MHŞT Standartının tələbləri ilə tutuşduraraq qiymətləndirməklə, zəruri təhlil və araşdırmalar aparmaqla Hesabata Rəy hazırlayıblar.

Hazırlanan Rəy Şura üzvləri tərəfindən bəyənilərək qəbul olunub.

Daha sonra Koalisiyanın koordinatoru Əliməmməd Nuriyev Koalisiyanın  QHT-lərə Dövlət Dəstəyi  Şurası tərəfindən maliyyələşən «Mədən sənayesində şəffaflığın artırılmasına ictimai dəstək» layihəsinin icrası ilə bağlı keçən iclasın qərarına əsasən daxili müsabiqə elanına müraciət edən iddiaçılarla bağlı məlumat verib. Ə.Nuriyevin sözlərinə görə, müsabiqə elanı Koalisiyanın qrupunda da yayılıb və 15 gün müddətində cəmi 4 nəfərdən müraciət daxil olub.

Sonda müzakirə edilərək Şuranın qərarı ilə fəaliyyət istiqamətləri üzrə iki rayonda (Səlyan və Siyəzən) "MHŞT məqsədləri, tətbiqi, nəticələrin istifadəsi” mövzularının əhatə edən ictimai müzakirənin keçirilməsində tədbirin təşkili üzrə Şaban Nəsirov, məruzəçi kimi isə Mehriban Vəzir, digər fəaliyyət üzrə Universitetlərin birində "MHŞT məqsədləri, tətbiqi, nəticələrin istifadəsi” mövzularının əhatə edən seminarın keçirilməsinin təşkilatçısı kimi Xalid Kazımov, 3 Regional TV üçün xüsusi dəyirmi masanın çəkilməsi və göstərilməsinin təşkili Sevil Allahverdiyeva, məruzəçi kimi isə Mehriban Vəzir təsdiqlənib.

Koordinator, həmçinin cari məsələlərdə Qubad İbadoğlunun şəbəkəyə müraciətini müzakirəyə çıxardı. Bildirildi ki, Qubad İbadoğlu  Şura üzvü, ÇQ üzvü kimi fəaliyyət göstərib töhfə vermək imkanlarının məhdudluğunu nəzərə alaraq Şura iclasında Əsasnaməyə və seçkilərin nəticələrinə müvafiq sürətdə o hər  2 seçkili orqanlarda təmsilçiliyin  digər Koalisiya üzvləri ilə əvəzlənməsinə dair müraciət edib. Şura üzvləri müraciətlə tanış olduqdan sonra bu seçkili orqanlardan onun istefasını qəbul etdilər. Qərara alındı ki, əsasnaməyə uyğun olaraq Şura üzvlüyünə və Çoxtərəfli Qrupa keçirilən seçkilərin nəticələrinə əsasən daha çox səs toplayan namizədlər seçkili orqanlarda boşalan yerləri tutsunlar. Seçkilərin nəticəsinə uyğun olaraq qarşıdakı aylarda Koalisiya Şurasında Nicat Dağlar, Çoxtərəfli Qrupda isə İlqar Hüseynli təmsil olunacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA