Qubad İbadoğlu istefa verdi

img

24-08-2015 [14:01]


Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının Şura üzvlüyündən və Çoxtərəfli Qrup üzvlüyündən istefa verib.

Qubad İbadoğlunun müraciəti əsasında bu barədə qərar «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, Qubad İbadoğlu «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının Şurasına bu barədə müraciət etmişdi. O müraciətində hazırda iştirak etdiyi proqramın müddətinin uzadılması ilə bağlı ilin sonunadək ABŞ-da qalacağını bildirib. Növbəti aylarda Koalisiyanın qarşısında daha vacib işlərin olduğunu və Şura üzvü, ÇQ üzvü kimi fəaliyyət göstərib töhfə vermək imkanlarının məhdudluğunu bildirən Q.İbadoğlu seçkili orqanlarda təmsilçiliyinin Koalisiya əsasnaməsinə uyğun həll edilməsini xahiş etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA