YAP-dan parlament tərkibinin dəyişiləcəyi xəbərlərinə REAKSİYA

img

22-08-2015 [13:39]


Milli Məclisə keçiriləcək növbəti seçkilərlə bağlı mətbuatda yayılan informasiyalardan biri də parlamentin tərkibi ilə bağlıdır. Bildirilir ki, Yeni Azərbaycan Partiyası da (YAP) öz deputat yerlərində əhəmiyyətli dəyişiklik etmək niyyətindədir.

YAP icra katibinin müavini, deputat Siyavuş NovruzovModern.az-a açıqlamasında məlumatların yanlış olduğunu qeyd edib:"Bu, yanlış məlumatdır. Bu barədə əvvəlcədən heç kim heç nə deyə bilməz. Kimlərin deputat olacağı ancaq seçkilərdə müəyyənləşdiriləcək. Hansı namizədə səs veriləcəyini seçici müəyyənləşdirir”.

Bundan bir müddət öncə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev APA-ya müsahibəsində seçkilərdən sonra parlamentin tərkibinin nəzərə çarpan dərəcədə dəyişiləcəyi proqnozunu verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA