Niyaməddin Orduxanlı: "Fuad Qəhrəmanlı yaxşı oğlandır"

img

20-08-2015 [17:04]


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Razi Nurullayevin iddiası ilə bağlı mətbuatda acıqlama verib. O, Razi Nurullayevi kəskin ittiham etəmklə yanaşı acıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin də adını çəkib: "Vaxtilə Qüdrət Həsənquliyevin əli ilə eyni tamaşanı qurmuşdular, ancaq alınmadı. Xalq Cəbhəsinin adını ələ keçirmək bu hakimiyyətin çoxdankı arzusudur”. Əli Kərimlinin müavinin bu acıqlamasına BAXCP tərəfindən cavab özünü çox gözlətməyib. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Teleqraf.com-a acıqlamasında baş vermiş hadisəyə öz münasibətini bildirib: "Öncə onu deyim ki, mənim Əli Kərimli ilə bağlı zaman-zaman veridiyim acıqlamalar öz təsdiqini tapır. Bu gün Əli Kərimlinin yanında ciddi bir siyasətçi qalmayıb. İndi orada 5 nəfər yoxdur ki, adını çəkib deyəsən, bu adamlar uzun illərdir AXCP rəhbərliyində təmsil olunur. Son illərdə kimlər Əli Kərimlidən imtina etmədi ki? Yanında olan bir neçə təcrübəsiz gənclərdir ki, onlar da artıq Əli Kərimlidən imtina edirlər. Hər zaman demişdim ki, Əli Kərimlini yaxşı tanıyandan sonra onunla birgə yol getmək mümkün deyil. Əli Kərimli bu gəncləri aldadaraq öz ətrafına çəkmişdi. Bilirsiniz ki, gənclik bir az emosional və radikal olur. Əli Kərimli də radikal çıxışları ilə gəncliyi öz ətrafına çəkə bilir. Ancaq əvvəlcə təcrübəsiz olan bu gənclər sonradan prosesləri izləyib Əli Kərimlinin əsl sımasını gördükdən sonra istefa verirlər. Özünə gənc müavin təyin etdiyi Əbülfəz Qurbanlını da nümunə göstərmək olar. Kərimli bu gün bir QHT sədri və müxbir səviyyəsində fəaliyyət göstərir. Seçki zamanı Azərbaycanın əleyhinə kampaniya aparan təşkilatların yanında yer alır və sanki layihə rəhbəri kimi özünü göstərir. Onlardan qonorar alır. Digər məqam isə odur ki, o, bütün günü "Akif", "Azad" və digər saxta imzalarla "Azadlıq" qəzetində müxbirlik edir. Qohum-əqrəbası da İŞİD arzusunda olduğunu bəyan edir. Ona görə də onun yanında olan bir neçə təcrübəsiz gənclərin Razi Nurullayevin tərəfinə keçəcəyinə inanıram. Bu gün onun əlində AXCP möhüründən başqa heç nə yoxdur. Yəqin ki, bu möhürə də Razi Nurullayev hüququ yola sahiblənəcək. O ki qaldı Fuad Qəhrəmanlıya, o, yaxşı oğlandır. Onun Əli Kərimlinin yanında qalması lazımdır”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA