"Həbsxana hücrələrində çürütmək, sındırmağa çalışmaq..." - AMİP yetkilisindən sərt açıqlama

img

15-08-2015 [16:38]


"İlqar Məmmədova edilən təzyiqlər və verilən işgəncələr, özbaşınalığın, qanunsuzluğun,  siyasi hakimiyyətin aqressiyasının nəticəsidir.  

Həbsxanalar ölüm düşərgələrinə, ən yaxşı halda isə ayrı-ayrı şəxslərin qazanc və şəxsi maraqlarını təmin edən biznes sahəsinə çevrilməməlidir.  Kimliyindən asılı olmayaraq hər bir şəxsin həyatı qiymətlidir və təhlükəsiz yaşamaq haqqına müdaxilə yolverilməzdir.  Ölkənin tanınmış şəxslərindən olan İlqar Məmmədovun həyatına yaradılan təhlükə ilə bağlı həyacan  siqnalı çalması cəmiyyəti narahat etməlidir və buna da adekvat reaksiya verilməlidir”. 

Bu fikirləri AMİP  Siyasi Şuranın üzvü Əli Orucov Real sədri İlqar Məmmədovun  dünən vəkili vasitəsi ilə ictimaiyyətə müraciət edərək ona həbsxanada təzyiqlərin olduğu barədə bəyanatına münasibət bildirəkən deyib. 

AMİP yetkilisi bildirib: 

"İllərdi  yürüdülən siyasət cəmiyyəti qorxu və  xof içində saxlamağa, səsini çıxaranları isə çarmıxa çəkməyə, onu məhkəmə divarları arasında işgəncələr verməyə, sındırmağa, mənliyini tapdalamağa, insan şəxsiyyətinə hörmət qoyulmamasına yönəlib. Bunu Ədliyyə Nazirliyinin əməkdaşı Y. İsakovun dediklərindən də apaydın görmək olar. Həmin şəxs bilməlidir ki, cəmiyyətdə hər bir fərdin öz yeri, öz rolu var və indivudualdır. İllah da İlqar Məmmədov kimi şəxslər Azərbaycan xalqına, Azərbaycan millətinə və dövlətinə lazımdır. Onun kimi insanları həbsxana hücrələrində çürütmək, işgəncələr vermək, sındırmağa çalışmaq yox, potensialından, bilik və bacarığından millətimiz və dövlətimiz üçün yararlanmaq gərəkdir.

 Onsuz da müxalif fikirli düşərgəni əzməklə, repressiyalara uğratmaqla Azərbaycan iqtidarı ölkəni Şimali Koreyaya, Venesuelaya döndərə və günü-gündən artan narazılığın qarşısnı ala bilməyəcək. Əksinə, bütün bunların hamısı daxildə və xaricdə əleyhinə yönəlməklə özlərini daha da gözdən salır.”

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA