Toyda aktyor və aktrisanı yumruqladılar - Bakıda ilginc olay

img

14-08-2015 [19:29]


ODA Teatrının bədii rəhbəri Elmin Bədəlov Bakıda dəvət aldığı toyda döyülüb.

Bu barədə AzNews.az-a açıqlamasında fotoqraf Nihad Qulamzada deyib. O, bildirib ki, hadisə 5-6 gün öncə baş verib: "Yaxın aktyor-rejissor var, bizi toya dəvət etmişdi. Elmin toya şortikdə getmişdi. Fransalı aktrisa da bizimlə idi. Elmin, Anar, Elza və mən toya girəndə gələn qonaqlar bizi pis qarşıladılar. Dedilər ki, "bu nə geyimdir? Toya da şortiklə gələrlər?”. Sonra Elza ilə Elmin rəqs etdi. Bu da toydakıların xoşuna gəlmədi. Məsələ böyüdü. Hamı Elmini "razborka”ya restoranın zalından çölə dəvət eləyirdi. Sonra Elminə hücum çəkdilər. Axırda bəy yaxınlaşdı ki, toydan çıxanda xəbər edin sizi mətbəxdən özümüz çıxaraq”. 

N.Qulamzadənin sözlərinə görə, təxminən saat 23-00-da E.Bədəlova oturduğu yerdən arxadan yumruq zərbələri endirməyə başlayıblar: "Hətta qonaqların atdığı yumruq fransız aktrisa Elzaya da dəyirdi. Söyürdülər. Birtəhər aradan çıxa bildik”. 

Qeyd edək ki, ODA teatrının rəhbəri və yaradıcı heyətinin "MimOda 18+” tamaşası ilə Fransada ezamiyyətdə olduğu bildirilir. Bu isə onu deməyə əsas verir ki, yuxarıda qeyd olunan hadisə bu səfərdən öncə baş verib....

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR