"Leyla Yunusu buraxın..." - ABŞ-dan kəskin bəyanat

img

14-08-2015 [17:09]


ABŞ Dövlət Departamenti Leyla və Arif Yunusların barəsində məhkəm hökmünü kəskin pisləyən bəyanat yayaraq, onların azadlığa buraxılmasını tələb edib.

Mia.az Strateq.az-a istinadən xəbər verir ki, bəyanatda  Azərbaycan məhkəməsinin hüquq müdafiəçiləri Leyla və Arif Yunusların 8 il yarım və 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarından çox narahat olduğu ifadə olunub: 

Görünür, ittihamlar onların hüquq-müdafiə fəaliyyəti, regionda gərginliyi aradan qaldırmaq və inam körpüsünü yaratmaq məqsədilə sülhməramlı proqramlarda iştirakları ilə bağlıdır. Biz məhkəmə prosesində pozuntuların olması, xüsusən onların səhhəti barədə məlumatlardan narahatıq, hakimiyyəti humanitar səbəblərdən onları azadlığa buraxmağa çağırırıq.

Bu, vətəndaşların əsas  hüquq və azadlıqlarının təmin olunması üzrə öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi baxımından Azərbaycanın da marağındadır. Bu, çiçıklənən və stabil gələcəyə nail olmaq yolunda mühüm addımdır”

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA