"O, bunu bir daha göstərdi...” - Siyavuş Novruzovdan sərt açıqlama

img

14-08-2015 [15:03]


"Bir daha deyirəm, Leyla Yunusun məhkəmə prosesində hay-küy qaldırması ermənilərə məxsus xüsusiyyətlərindən irəli gəlir. O, bunu bir daha göstərdi”.

Mia.az xəbər verir ki, bunu Hafta.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Siyavuş Novruzovun sözlərinə görə, Qərbin bir sıra qurumları Leyla və Arif Yunusların da məhkəməsindən sonra anti – Azərbaycan mövqeyi sərgiləməkdən geri çəkilmədiyini bir daha sübut edib:

"Qərb mətbuatının ayrı – ayrı dairələrində, bəzi Qərb təşkilatları və onların rəhbərləri Leyla Yunusun məhkəməsi ilə bağlı Azərbaycana qarşı qərəzli mövqe ortaya qoydu. Onların günahları sübut olunub və qanun qarşısında layiq olduqları cəzanı da alıblar. İstənilən kiçik bir hadisəni şişirdib böyük bir faciə kimi cəmiyyətə təqdim edirlər. Bu qərəzli kampaniyaları təşkil edənlər erməni xislətli adamlardır. Buna başqa ad vermək olmur. Həmin adamlar istər daxildə, istərsə də xaricdə erməni diasporuna xidmət edirlər”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA