ATƏT-in seçki müşahidə missiyası QHT-lərlə görüşüb

ATƏT-in seçki müşahidə missiyası QHT-lərlə görüşüb

SİYASƏT

14.08.2015, 13:54

Bakıda səfərdə olan ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) payızda keçiriləcək parlament seçkiləri ilə bağlı ilkin qiymətləndirmə missiyası bir sıra görüşlər keçirib. Missiya üzvləri artıq hökumət üzvləri, siyasi partiya nümayəndələri ilə müzakirələr aparıb.
Strateq.az xəbər verir ki, bu gün isə günün birinci yarısında ATƏT təmsilçiləri vətəndaş cəmiyyəti üzvləri ilə müzakirələr keçiriblər.
Missiya üzvlərini vətəndaş cəmiyyətinin seçkiqabağı mühit, secki administrasiyasının fəaliyyəti, texniki hazırlıqların görülməsi ilə bağlı fikirləri, təklifləri ilə maraqlanıblar.
Bu gün missiya üzvlərinin media nümayəndələri ilə görüşü də nəzərdə tutulub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR