İdarə rəisinin müavini polis nəfərinə fiziki zor tətbiq edib? - İlginc şikayət

img

31-07-2015 [13:14]



Şabran şəhəri Q.Qasımov küçəsi ev 7-də yaşayan Besxanım Məcid qızı Balağayeva «Reytinq»ə şikayət məktubu göndərib.

Mia.az sözügedən qəzetə istinadən şikayəti təqdim edir:

Prezident İlham Əliyevə, Daxili işlər naziri Ramil Uusbova üz tutan şikayətçi bildirir ki, DİN-in Baş Mühafizə İdarəsinin Siyazən Regional Mühafizə Şöbəsinin əməkdaşı olan oğlu haqsız işdən çıxarılıb:

«Bildirirəm ki, oğlum Rəmzi Vahid oğlu Balağayev 30 may 2005-ci ildən DİN-ni Baş Mühafizə İdarəsinin Siyazən Regional Mühafizə Şöbəsində polis nəfəri kimi işə qəbul olunub.  08 may 2015-ci ildə isə 631ş/h saylı əmrlə isə oğlumu qanunsuz olaraq işdən azad ediblər. Oğlumun işdən çıxarılmasına etirazımı aşağıdakı hallar üzərində diqqətinizə çatdırıram. Əvvəla, oğlum evlidir, iki azyaşlı uşağı var. Mən də oğlumun himayəsindəyəm. Şöbədə işlədiyi vaxt ərzində oğlum şöbə rəisi Rəhman Dadaşovun tələbinə əsasən daim gecə növbəsinə çıxıb. Ustəlik, rəisin tələbinə görə, hər ay aldığı əmək haqqından 49 manat ( 25 manat əmək haqqı, 24 manat isə gecə növbəsinə çıxdığı üçün əlavə olunan pul) ona verirdi.  Rəisin dediyinə görə, bu pul Baş İdarənin rəis müavini Daşqın Mehdiyevə çatır.  Verməyəni isə işdən çıxarırlar.

Hörmətli Prezident! Hörmətli nazir! 

Son iki ay ərzində oğlum tələb olunan qanunsuz pulu vermədiyi üçün 05 may 2015-ci il tarixindən oğlumu işə buraxmadılar.  Bundan əvvəl isə, daha dəqiqi, 15 apreldə oğlumu müayinə üçün DİN-nin 1 saylı poliklinikasına  göndərdilər. Orada Ağa adlı həkim müayinə edərək, oğlumda narkotik maddələrin olmadığını təsdiqləyib. Bundan sonra heç bir müvafiq icra orqanının qərarı və rəyi olmadan oğlumu yenidən müayinəyə göndəriblər.  Bu dəfə isə Səhiyyə Nazirliyinin MTE və PAB-də müayinə olunsa da, bu barədə oğluma hər hansı bir rəy verilməyib.  Ancaq  may ayının 5-də Baş İdarənin rəis müavini Daşqın Mehdiyev oğlumu yanına çağırıb. Ona qarşı kobud hərəkət, təhqir və fiziki zor tətbiq edərək «sən narkotik istifadəçisi olduğun üçün işdən qovulursan» deyib».

Şikayətçi bildirir ki, oğlu bundan sonra Səhiyyə Nazirliyinin Mərkəzi Toksikoloji-Kimyəvi Müayinələr üzrə referens  laboratoriyasında müayinədən keçib və  ona böhtan atıldığı təsdiqlənib:

 «Ancaq rəis müavini Daşqın Mehdiyev bu dəfə də dedi ki, həmin qərar və rəyi tanımırlar. Göründüyü kimi, öz maraqlarına uyğun olaraq saxta rəylə alan və bunun əsasnıda oğlumu  işsiz, iki azyaşlı uşağını isə çörəyə möhtac qoyanlar hansı oyunlardan çıxıblar. Elə buna görə də bir ana olaraq şəxsən Daşqın Mehdiyevin qəbuluna getdim.  Ona da dedim ki, oğlum iki ay qanunsuz tələb etdiyiniz pulu verə bilmədiyi üçün başına bu oyunu açdınız. Rəis müavini isə özünə haqq qazandırmaq üçün elə uydurma açıqlama verdi ki,  əlavə gərginlik yaratmamaq üçün yalnız məni qəbul etdiyiniz halda, bu millətçi zəmində dediyini açıqlaya bilərəm».

Sonda şikayətçi oğlunun haqqının bərpa edilməsini aidiyyatı dövlət rəhbərlərindən xahiş edib.

Onu da bildirək ki, Besxanım Balağayeva şikayətinə zəruri sənədləri də əlavə edib.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR