"Kimə lazımdır belə şəraitdə seçkilərə getmək?" - Milli Şura radikal qərara hazırlaşır

img

26-07-2015 [02:49]


 Dünən Milli Şura növbəti sessiyasını keçirib.

Mia.az bildirir ki, sessiyanın gündəliyinə 3 məsələ - ictimai-siyasi vəziyyətin müzakirəsi, qarşıdan gələn parlament seçkiləri və cari məsələlər daxil edilib.

Milli Şuranın sədri Cəmil Həsənli çıxışında qarşıdan gələn parlament seçkilərinə toxunub və hazırda seçkilərin keçirilməsi üçün minimum şəratin olmadığını bildirib:

"Qarşıdan parlament seçkiləri gəlir. Ümumi dəyərləndirmə aparmalıyıq. Hazırkı vəziyyət onu göstərir ki, yaxın zamanda ölkədə sçkilərin keçirilməsini  hiss etdirən heç bir hal yoxdur. Bugünkü siyasi məhbusların demək olar ki, hamısı potensiyal namizəddir. Bilirsiniz ki, Milli Şuranın üzvülərinin də xeylisi həbsdədədir. Ona görə də, biz, seçki qərarı verəndə bu həssas məqamı dəyərləndirməliyik.

Məsələn, bu gün Milli Şuranın avanqardı olan, siyasi mübarizənin öndə gedən AXCP-nin xeyli üzvü həbsdədir. Eyni zamanda, REAL hərəkatının lideri, NİDA-çı gənclər, islamçılar,  Müsavat Partiyasından həbsdə olanlar var. Bu sıralamanı ona görə edirəm ki, seçki qərarı verəndə ciddi dəyərləndirmə aparaq”. 

AXCP sədri Əli Kərimli də parlament seçkilərində iştirak üçün şəraitin olmadığını deyib:



"Biz bu ölkənin xilasını azad və ədalətli seçkilərdə görürük. Bu gün hətta yarımdemokratik seçki keçirilsə, hazırda parlamentdə oturan, təyin olunmuş adamların hansı yenidən orada otura bilər?  

Biz seçki islahatı, siyasi məhbusların azad olunmasını tələb edirik. Kimə lazımdır belə şəraitdə seçkilərə getmək? 

Azərbyacan ciddi böhran dövrünə qədəm qoyub. Hər gün bu böhran dərinləşəcək, Azərbaycan beynəlxalq dayaqlarını itirəcək. Belə vəziyyətdə qeyri-legitim parlament ciddi təhlükə mənbəyinə çevriləcək”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA