Partiya sədri jurnalistləri təbrik etdi - Deputatın məktubu

img

22-07-2015 [09:01]


Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Milli Mətbuatın 140 illiyi münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib.

Mia.az-a daxil olan təbrikdə deyilir:

"Əsası Həsənbəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycanın milli mətbuatının yaranmasından 140 il ötür. Bu müddət ərzində Azərbaycan mətbuatı keşməkeşli bir tarix yaşayıb, ağır sınaqlardan keçib. Azərbaycanın ikinci müstəqillik tarixində də gərgin mərhələlərin birgə şahidi olmuşuq. Birinci Qarabağ savaşı, demokratiya uğrunda mübarizə, keçid dövrü və digər mərhələlərdə, proseslərdə jurnalistlər, mətbuat işçiləri də çətin, şərəfli bir missiya daşıyıblar.

Bütün dövrlərdə jurnalistlər peşə borcunu yerinə yetirərkən dövlətimizin və millətimizin maraqlarını qorumağa çalışmış, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, ölkədə insan haqlarının qorunması və demokratikləşmə uğrunda mübarizədə əvəzsiz rol oynamış, Azərbaycanın imicinin yüksəldilməsi üçün əllərindən gələni etmişlər. Hər zaman bütün çətinliklər qarşısında Azərbaycan jurnalistikasının əzmkarlığının şahidi olmuşuq. 

Təəssüflər olsun ki, hələ də Azərbaycan mətbuatında müəyyən problemlər qalmaqdadır. Biz Ümid Partiyası olaraq  bu problemlərin aradan qaldırılması, jurnalistlərin normal fəaliyyətinə şərait yaradılması üçün əlimizdən gələni etmişik və edəcəyik. Hesab edirik ki, mətbuatın problemləri dövlət səviyyəsində həll edilməlidir.

 Bu şərəfli yolda, böyük və yenilməz Azərbaycan uğrunda mübarizədə sizə uğurlar arzu edirik. Tanrı sizə yar olsun!".


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA