Sərdar Cəlaloğlu Türkiyə səfirinə məktub yazdı

img

23-07-2015 [16:57]


ADP Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, cənab İsmail Alper Coşkuna başsağlığı məktubu göndərib.

Strateq.az xəbər verir ki, məktubda 20 iyul tarixində Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda Amara Mədəniyyət Mərkəzinin həyətində terror hadisəsi nəticəsində çoxsaylı insan ölümü və bu hadisədən sonra da insan tələfatı ilə nəticələnən terror hadisələri ilə bağlı qardaş Türkiyə xalqına başsağlığı verilir.

Azərbaycan Demokrat Partiyasının terroru şiddətlə qınadığı, dünyanın harasında olursa-olsun dinc insanların zərər görməsini, həyatlarını itirməsini lənətlədiyi ifadə edilib.

Məktubda terror hadisəsi zamanı faciəli şəkildə həlak olan insanların yaxınlarına və əzizlərinə Allahdan səbr dilənilib, qardaş Türkiyə xalqının bir daha bu cür dəhşətli faciələrlə üzləşməyəcəyinə ümidlər ifadə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA