"Rusiya elə bilir ki, Gürcüstanla da belə olacaq..." - ABŞ-dan Putinə xəbərdarlıq

img

22-07-2015 [17:32]


"Kremldə kimsə nəinki Ukrayna, hətta Gürcüstanda da vəziyyəti gərginləşdirmək qərarına gəlib".  

Bunu "Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Uilyam Kortni söyləyib.  

Onun sözlərinə görə, Gürcüstan Bakı-Tiflis-Ceyhan neft kəmərinin təhlükəsizliyini artırmalıdır:

 "Qərbin Gürcüstana daha çox diqqət ayırmaq zamanı gəlib. Bunun hərbi yardım olması vacib deyil. Qərbin Ukraynaya silah verməməsindən həvəslənən Rusiya elə bilir ki, Gürcüstanla da belə olacaq. Mənim fikrimcə, bir müddət sonra Ukrayna və Gürcüstana silah verilməsi haqqında Konqresdə müzakirələr başlayacaq. Bu, tez olmayacaq, amma siz bir neçə ay sonra bu mövzu ətrafında debatları görəcəksiniz”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA