Ermənilərdən daha bir həyasızlıq - gürcülərin ərazisinə basqın oldu

img

20-07-2015 [09:22]


Bir neçə gün əvvəl Ermənistan sərhəd məntəqəsinin əməkdaşları azərbaycanlıların kompakt yaşadığı Təzəkənd kəndi yaxınlığında Gürcüstanın 10 hektar ərazisini zəbt ediblər.

"Rustavi 2” televiziya kanalının verdiyi məlumata görə, yerli sakinlər bildirib ki, belə addımlar çoxdan başlanıb: "Ermənistan hərbçiləri uzun müddətdir, Təzəkənd kəndinin Ermənistanla sərhəddə yerləşən torpaqlarını zəbt edir, yerli əhali həmin sahəyə keçən kimi saxlayır, hətta cinayət işi qaldırır, xətti keçən mal-qaranı aparır, sərhədə yaxın evlərin onların ərazisinə düşdüyünü iddia edirlər".

Təzəkənd sakinləri APA-ya deyiblər ki, onların yaşadığı kəndin Ermənistanla sərhəd xətti tarixi xəritəyə görə Muşul meşələrinin yaxınlığında olan dağların zirvəsindən keçib:

"Ermənistan sərhədçiləri azərbaycanlıların yaşadığı sərhədyanı kəndlərin 500 metrliyində hərbi baza da tikərək hərbi maşın və əsgərləri oraya yerləşdiriblər. Sadaxlı, Təzəkənd, Xuldərə kənd sakinləri hər an təhlükə içində yaşayırlar. Meşəyə gedən mal-qaranı tutan erməni sərhədçiləri geri qaytarmırlar. Qaytarırlarsa da, bu, uzun müddətli şikayətlərdən sonra Gürcüstan hökumətinin əlaqədar təşkilatları sayəsində mümkün olur. Əhali qorxu içində yaşayır. Hətta olub ki, azərbaycanlıları oğurladıqdan sonra güllələyib, öldürüblər".

Xatırladaq ki, Gürcüstan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası məlum olmayan səbəblər üzündən keçirilmir. Yerli əhali Gürcüstanın rəsmi dairələrinə şikayət etsə də, hələlik nəticə yoxdur. Ermənistan sərhədçiləri isə sərhəd xəttini yavaş-yavaş Sadaxlı kəndinin ərazilərinə doğru "sürüşdürürlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA