Məhkəmə İntiqam Əliyevə "yox" dedi

img

21-07-2015 [14:54]


Bu gün Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi İntiqam Əliyevin həbsi ilə bağlı birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
 
Məlumata görə, vəkillərin qaldırdıqları vəsatətlərin heç biri təmin olunmayıb. Məhkəmə hesab edib ki, İntiqam Əliyevə qarşı ittihamlar birinci instansiya məhkəməsində öz sübutunu tapıb.
 
Xatırladaq ki, İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs olunub. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı və qanunsuz sahibkarlıq ittihamı ilə 7 il yarım azadlıqdan məhrum edib.
O isə ittihamları rədd edir və həbsini siyasi motivli sayır. 
 
Onu da qeyd edək ki, «Amnesty International» təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA