13-07-2015 [15:06]
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bank sektorunun və maliyyə vasitəçiliyinin inkişafı, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, bankların maliyyə dayanıqlığı və sabitliyinin gücləndirilməsi istiqamətində kompleks və ardıcıl tədbirlər həyata keçirilir.
AMB-dən verilən məlumata görə, tənzimləyici müəyyən hədəflər də nəzərə alınmaqla əhalinin əmanətlərinin və digər kreditorların vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi, bank sektorunun sabitliyinin və ona etimadın qorunması məqsədilə problemli, adekvat kapitallaşmayıb, prudensial fəaliyyət göstərməyən bankların fəaliyyətinin məhdudlaşdırılması və sistemdən kənarlaşdırılması üzrə davamlı olaraq tədbirlər görür.
Bu istiqamətdə növbəti addım olaraq qeyd olunan prinsipləri rəhbər tutaraq AMB İdarə Heyətinin 10.07.2015-ci il tarixli iclasında "EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, "Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilib.
"EvroBank” ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması üzrə tələblərə əməl etmir. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq, bu müddət ərzində onlar icra edilməmişdir. Fəaliyyəti prudensial tələblərə cavab vermədiyinə görə banka təshih və təsir tədbirləri tətbiq edilərək lisenziyası məhdudlaşdırılmış, əmanətlərin qəbul edilməsi və hesabların aparılması, kreditləşmə fəaliyyəti qadağan edilmişdir. Bank sektorda və maliyyə vasitəçiliyində hər hansı əhəmiyyətli bir paya malik deyil. Hazırda bankda əhalinin əmanətləri də yoxdur.
"Azərbaycan Kredit Bankı” ASC-nin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, bank qeyri-prudensial idarə olunur və Azərbaycan Respublikası Mərkəzi Bankının məcburi göstərişlərini icra etmir. Bankın kapitalı Mərkəzi Bankın minimum kapital tələblərindən aşağıdır. "Azərbaycan Kredit Bankı” ASC-nin də fəaliyyəti məhdudlaşdırılıb. Bankda əhalinin əmanətlərinin həcmi kiçikdir və onların tam icrası üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.
Mərkəzi Bankın bu tədbirləri bank sektorunda risklərin azaldılmasına, etimadın qorunmasına və bu yolla maliyyə vasitəçiliyinin genişləndirilməsinə və dəyərinin azalmasına yönəlib.
Mia.az
Qaradağda 33 yaşlı şəxs 34 kq narkotiklə tutulub
Azərbaycan nefti daha 1.5 dollar ucuzlaşdı
Trampın İlham Əliyev və Paşinyanla görüşü gözlənilir - Ermənistan lideri ABŞ-a yollandı (YENİLƏNİB)
Bakıda saat 9:00-da 40 dərəcə isti olub
Federasiya prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib
Baş Nazir: "ChatGPT-yə icazə vermədk" - "Ona güvənmək olmaz, bu, çox təhlükəli bir meyldir"
"Şəmsəddin Hacıyevin keçmiş köməkçisi..." - Keçmiş deputat rektoru "narsizim xəstəliyi"ndə ittiham elədi
Əlcəzairdə kəşfiyyat təyyarəsi qəzaya uğradı: 4 nəfər həlak olub
Çində daha bir virus yayılıb - 10 minə yaxın yoluxma var
Çempionlar Liqası: "Qarabağ" səfərdə qalib gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DİN və FHN əhaliyə birgə çağırış edib - VİDEO
Zakir Həsənovun müşavirinə general rütbəsi verilib
Tacikistan vətəndaşı Azərbaycanda saxlanılıb
Sumqayıtda itkin düşən yeniyetmə qız tapılıb
Qəzzada daha 8 fələstinli acından ölüb
İranın 20 vilayətində iş dayandırılıb
Tələbə köçürülməsi barədə açıqlama - Bildiriş göndərilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ruben Vardanyanın cinayət işi - Məhkəmə iclası
Hindistanda torpaq sürüşməsi: 50-dən çox insan yoxa çıxıb
Prezident "Azərişıq" ASC-yə tapşırıq verdi - Sərəncam
BU QHT-LƏR CƏRİMƏLƏNƏCƏK - Məbləğlər
Prezident İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliyi təsdiqlədi - Nələr olacaq?
Yazıçı Anar: "Günahım yoxdur. ona görə də əl uzatmıram”
Mətbuat katibi vəzifədən azad olunub
Rusiyanın neft və təbii qaz gəlirləri azaldı - 9.8 milyard dollar
Müdafiə naziri mətbuat katibini təltif edib - FOTO
İranlı hücumçu "Beşiktaş"a transfer ola bilər
Sabahın hava proqnozu açıqlandı
Hasan Can Kaya bu telekanaldan getdi: "Xəbər doğrudur"
Konqresmen: "Tezliklə Azərbaycan və Ermənistan..." - FOTO
BAKIDA HAVADAN BƏZƏN NİYƏ PİS İY GƏLİR? - Araşdırma + VİDEO
Patrik Şik "Bayer Leverkuzen"lə müqaviləsini uzadıb
"Trabzonspor" Andre Almeyda ilə maraqlanır
Ağcabədidə 3 nəfər tutulub
Xocalıda yanğın törədən şəxs saxlanılıb
Los-Ancelesdə şənliyə hücum olub - 2 nəfər ölüb, 6 nəfər yaralanıb
Əli Əsədov məşvərət görüşünə hazırlıq iclasında iştirak edib - FOTO