Patrik Şik "Bayer Leverkuzen"lə müqaviləsini uzadıb

Patrik Şik "Bayer Leverkuzen"lə müqaviləsini uzadıb

İDMAN

05.08.2025, 12:23

Bundesliqa təmsilçisi "Bayer Leverkuzen" Patrik Şikin müqaviləsini 2030-cu ilə qədər uzadıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubdan verilən açıqlamada 29 yaşlı Çex millisinin futbolçusu Şiklə 5 illik yeni müqavilə imzalandığı açıqlanıb.

“Sparta Praqa”, “Sampdoriya”, “Roma”, “Leypsiq” kimi komandalarda çıxış edən təcrübəli hücumçu 2020-ci ildə “Bayer Leverkuzen”ə transfer olunub.

Şik Bayer Leverkuzen üçün 168 oyun keçirib və 81 qol vurub.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR