Bakı - 2015: Avropa oyunları - bu günün qrafiki açıqlandı

img

19-06-2015 [10:48]


Bakı-2015" I Avropa Oyunlarının 8-ci günü başlayıb.

8-ci gündə 13 idman növü üzrə yarışlar keçiriləcək. 

Artıq saat 09:00-dan etibarən qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş, 25 metrdən tapança ilə atəş, təsnifat mərhələsi, kamandan oxatma (1/32 final), taekvondo, voleybol (Rumıniya-Türkiyə) və kişilər arasında qoşa səngər stendi, taekvondo oyunları başlayıb. 

Bir saat sonra, yəni 10:00-da isə qadınlar arasında suya tullanma, akrobatika, bədii gimnastika, çimərlik voleybolu (1/4 final) və kişilər arasında suya tullanma (sinxron trampling), çimərlik voleybolu (qrup və seçmə mərhələsi) yarışları keçiriləcək.

Digər oyunların keçirilmə vaxtları isə belədir:

11:00. Voleybol
Qadınlar B qrupu
Bolqarıstan - Xorvatiya
Bakı Kristal Zalı

11:00. Stolüstü tennis
Qadınlar, fərdi yarışlar
Kişilər, fərdi yarışlar
Bakı İdman Zalı

12:00. Su polosu
Kişilər, 11-ci yer uğrunda
Slovakiya - Rumıniya
Vaterpol Arenası

12:30. Boks
1/8 final
Qadınlar, 51 kq, 75 kq
Kişilər, 49 kq, 56 kq, 81 kq, +91 kq
Bakı Kristal Zalı

13:30. Su polosu
Kişilər, 9-cu yer uğrunda
Monteneqro - Fransa
Vaterpol Arenası

14:30. Voleybol
Qadınlar B qrupu
Serbiya - Hollandiya
Bakı Kristal Zalı

15:00. Su polosu
Kişilər, 5-8-ci yerlər uğrunda
Rusiya - Almaniya
Vaterpol Arenası

16:30. Voleybol
Qadınlar A qrupu
Polşa - İtaliya
Bakı Kristal Zalı

17:30. Su polosu
Kişilər, 5-8-ci yerlər uğrunda
Macarıstan - İtaliya
Vaterpol Arenası

19:00. Batut gimnastikası
Kişilər, sinxron hərəkətlər
Qadınlar, sinxron Hərəkətlər
Milli Gimnastika Arenası

19:00. Su polosu
Kişilər, Yarımfinal
İspaniya – Xorvatiya
Vaterpol Arenası

19:15. Aerobika gimnastikası
Qruplar, təsnifat
Milli Gimnastika Arenası

20:00. Voleybol
Qadınlar A qrupu
Azərbaycan - Belçika
Bakı Kristal Zalı

20:30. Su polosu
Kişilər, Yarımfinal
Yunanıstan - Serbiya
Vaterpol Arenası

22:00. Voleybol
Qadınlar B qrupu
Almaniya – Rusiya
Bakı Kristal Zalı.

Anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA