Azərbaycan qızıl medallarının sayını artırdı

img

18-06-2015 [21:09]


Bu gün Bakı-2015-də sərbəst güləş yarışları başa çatır.

70 kq çəki dərəcəsində Avropa çempionumuz Ruslan Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılıb. 27 yaşlı güləşçimiz bu mərhələdə Maqomedmurad Hacıyevlə (Polşa) döyüşüb. O, hesabda 2:0 hesabı ilə öndə olsa da, 2:7 hesabı ilə uduzub. Hacıyev həlledici mərhələyə vəsiqə qazandığından, Dibirhacıyev təsəlliverici qarşılaşmalara qatılıb.

O, öncə bolqarıstanlı Miroslav Kirovla gücünü yoxlayıb. Görüşü 4:1 hesabı ilə xeyrinə bitirən idmançımız növbəti qarşılaşmada Zsombor Qulyasla (Macarıstan) üz-üzə gəlib və bu döyüşü də xeyrinə bitirib - 4:3.

Dibirhacıyev bürünc medal uğrunda Davit Tlaşadze (Gürcüstan) ilə mübarizə aparıb və yarışı qələbə ilə bitirib. Rəqibini 6:2 hesabı ilə məğlub edən güləşçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bu medal Oyunlardakı 25-ci mükafatımız olub(Ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA