“Bu yarış, bayrağımızı qaldırmaq bizim üçün çox önəmli idi"

img

16-06-2015 [12:06]


"Bu yarış, bayrağımızı qaldırmaq bizim üçün çox önəmli idi. Çünki biz öz Vətənimizdə yarışırdıq. Mənim fikrimdə ancaq bayrağımızı dalğalandırmaq idi”. 

Bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən Avropa Oyunlarının karate üzrə qızıl mükafatçısı Firdovsi Fərzəliyev söyləyib.

O bildirib ki, qələbəni əldə etməsində hər kəsin rolu olub: "Azarkeşlərə dəstəyinə görə təşəkkür edirəm. Onlar yarışlar zamanı bizi çox yaxşı dəstəkləyirdilər. Bununla yanaşı, məşqçilərimə də əziyyətlərinə görə təşəkkür edirəm. Bütün qızıl medal mükafatçılarını təbrik edirəm. Azərbaycanı təmsil edən bütün idmançılarımıza qızıl medal qazanmağı arzu edirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA