"Buraya mənə böyük etiraz olacağını bilə-bilə gəldim..." - Erməni təşəkkür elədi

img

15-06-2015 [12:17]


Erməni güləşçi Miqran Arutyunyan (66kq) Bakı-2015-in finalında rus güləşçi Artyom Surkova məğlubiyyətdən sonra təəssüratları ilə bölüşüb. 
 
ANS PRESS-in Sportbox-a istinadən verdiyi məlumata görə, güləşçi bildirib ki, final oyunu ağır keçib. 
 
"Mən psixoloji olaraq final qarşılaşmasına hazır idim. Ancaq final döyüşü mənim üçün ən ağır döyüş olmadı. Ən ağır döyüşüm azərbaycanlı Həsən Əliyev və serb Maksimoviçə qarşı olan döyüşlər idi. Onların hər ikisi çox güclü döyüşçülərdir", - deyə Miqran Arutyunyan bildirib. 
 
Erməni idmançı bildirib ki, Bakı-2015 haqda təəssüratlarının çox yaxşı olduğunu bildirib. "Buraya mənə böyük etiraz olacağını bilə-bilə gəldim. Bundan başqa mənə çox yaxşı münasibət göstərən azərbaycanlılar var. Onlara təşəkkür edirəm".
 
Qeyd edək ki, Miqran Arutyunyan Bakı-2015-də gümüş medal qazanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA