11-06-2015 [19:13]
Respublika Şahmat Mərkəzində keçirilən 8-10-12 yaşlı uşaqlar arasında Azərbaycan Çempionatı başa çatıb. Çempionat bütün yaş qruplarında dairəvi sistem üzrə 11 turdan ibarət keçirilib. 8 yaşlı qızlar arasında mübarizədə Füzuli Rayon Gənclər Uşaq Şahmat Məktəbinin yetirməsi Səmra Qasımova qalib gəlib.
Qeyd edək ki, çempionatda 1-ci yeri tutan şahmatçılar Dünya Çempionatına vəsiqə qazanıb. Belə ki, Səmra Qasımova hazırda dünya çempionatına hazırlaşır.
Azərbaycan çempionu olmuş S.Qasımova ilə söhbətləşdik. Şahmatçı öncə şahmatda atdığı ilk addımlar barədə danışdı: «Məndə şahmata həvəsi atam oyadıb. Bir neçə il öncə atam məni də, bacımı da şahmat məktəbinə yazdırdı. Bacım bir müdddət sonra həvəsdən düşdü, ancaq mən davam elədim. İlk illər çətin idi, amma mənə həmişə maraqlı gəlirdi. Elə bu maraq da mənim daha çox öyrənməyimə, daha çox gedişlər, xodlar üzərində işləməyimə kömək elədi. Yarışlara qatılandan sonra marağım daha artdı. Artıq mən hər oyuna qələbə qazanmaq üçün başlayırdım. Düzdür, bəzi oyunlarda məğlub olmuşam, amma bu, heç vaxt məni həvəsdən salmayıb. Sonradan fikirləşib səhvlərimin üzərində işləmişəm. Mənim üçün hər məğlubiyyət bir revanş olub. Demək nolar ki, bütün qələbələrimdən əvvəl məğlubiyyətin acısını dadmışam və sonradan daha ciddi mübarizə apararaq, özümü sübut eləmişəm».
Artıq dörd ildir ki, şahmatla məşğul olduğunu deyən S.Qasımovanın sözlərinə görə, bu dövr ərzində Azərbaycanın müxtəlif bölgələrində keçirilən turnirlərdə iştirak edib. Ölkənin müxtəlif rayonlarında keçirilən turnirlərin də əksəriyyətində uğur qazanıb. Səmra ölkə xaricində də yarışlara qatılıb. Belə ki, Gürcüstanda keçirilən Avropa çempionatda da uğurlu çıxışlar edib. «Mənə yarışlarda nənəm və atam yardımçı olub. Azərbaycanda keçirilən yarışlarda nənəm mənim yanımda olub. Amma şahmatda qazandığım uğurlara görə atama borcluyam, çünki bu yolda ən böyük dəstəkçim odur. Ona görə də söz vermişdim Azərbaycan çempionu olacam, sözümü tutdum. İndi də hədəfim dünya çempionu olub, qızıl medalı Azərbaycana gətirməkdir», - deyə S.Qasımova əlavə edib.

Şahmatçının atası Rəşad Qasımov da qızının uğurlarına sevindiyini və Azərbaycan çepionu olduğuna görə qürur duyduğunu bildirib. Onun sözlərinə görə, hazırda hədəfləri dünya çempionatında uğur əldə etmək, Azərbaycanı birinci etməkdir: «Sözsüz ki, bu müddət ərzində ciddi hazırlıq lazımdır, amma hazırlaşmaq da xərc tələb edib. Bizə bu günə kimi diqqət göstərənlər olub. Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bizi qəbul edib. Səmranı uğurlarına görə təbrik edib və həvəsləndirici hədiyyələr təqdim edib. Füzuli rayon şahmat məktəbinin direktoru Kamil Qulamov, təhsil şöbəsinin müdiri Almaz xanım, şahmat müəllimi Ramiz Cənnətəliyevdir. Biz valideyn olaraq, əlimizdən gələni edirik, amma kənardan bizə dəstək verənlər də var və onların hər birinə təşəkkür edirik».

R.Qasımov onu da qeyd edib ki, qarşıdan gələn dünya çempionatına hazırlıq mərhələsində müəyyən çətinliklərlə üzləşirlər. Onun sözlərinə görə, bu çempionata hazırlaşmaq üçün müəyyən vəsait tələb olunur: «Şahmatçının yetişməsi üçün xərclər var. Təbii ki, elə də böyük xərclər deyil, amma bir köçkün ailəsi üçün bu xərcləri qarşılamaq çox çətindir. Ailəmizin maddi imkanları aşağı səviyyədə olduğundan Səmranın hazırlaşması, məşq xərclərini ödəmək imkanlarımız yoxdur. İndiyə qədər bir təhər həll edə bilmişik, lakin artıq imkanımız yoxdur. Bu, dünya çempionatıdır, Azərbaycanın adının qaliblər sırasına qoşmaqdır. Düşünürəm ki, bu məsələdə Səmra kimi perspektivi olan şahmatçılarımıza dəstək olmaq lazımdır».







"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı