Həbs edilən Rəşad Məmmədovun "Azimport"la hüquqi əlaqəsinə xitam verilib - Şirkət açıqlama yaydı

img

03-06-2015 [13:16]


""Azimport” MMC haqqında son vaxtlar bəzi kütləvi informasiya vasitələrində yanlış məlumatların yayılması burada çalışan çoxsaylı peşəkar mütəxəssislərin, mühəndis, memar və dizaynerlərin narhatlığına səbəb olub. Belə ki, jurnalistlərin bilərəkdən və ya bilməyərəkdən, həqiqətə uyğun olmayan, təsdiqlənməyən faktlar və şayiələr əsasında qələmə aldıqları, bəzən qərəzli xarakter daşıyan yazılar müəssisənin normal fəaliyyətinə mənfi təsir göstərir".

Bu sözlər adıçəkilən şirkətin Mia.az-a göndərdiyi press-rellizdə öz əksini tapıb.

Məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrinin bir müddət əvvəl şübhəli şəxs qismində saxlanılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovu "Azimport” MMC-nin sahibi kimi göstərməsi ictimaiyyəti çaşdırır, müəssisənin işgüzar nüfuzuna kölgə salır:

"İctimai əlaqələr şöbəsi bildirir ki, 2011-ci ilin aprel ayında dövlət qulluğunda fəaliyyətə başladığı vaxtdan R.Məmmədovun "Azimport” MMC ilə hüquqi əlaqələrinə xitam verilib, onun müəssisənin idarəçiliyi və təsərrüfat fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, "Azimport” MMC-nin Bakı şəhərində bina və tikililərin yanğına davamsız zərərli materiallarla üzlənməsində iştirakı barədə yazılanlar da əsassız və yanlışdır.

İctimai əlaqələr şöbəsi bildirir ki, müəssisənin həmin materialların istehsalını və istifadəsini həyata keçirən "Global Construction” şirkəti ilə tərəfdaşlıq və əməkdaşlıq əlaqəsi olmayıb.

Azərbaycanın inşaat sektorunda çalışan məsuliyyətli və nümunəvi müəssisələrdən biri olaraq "Azimport” MMC özünün bütün layihələrində insan sağlamlığına təhlükəli törətməyən, tibbi və ekoloji standatrlara tam cavab verən ən keyfiyyətli tikinti materiallarından, müasir yerli və xarici texnologiyalardan istifadə edir.

Peşəkar işçi-mütəxəssis komandası, texniki-intellektual potensialı ilə müəssisə bundan sonra da ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək, tikinti-quruculuq layihələrinin icrasında fəal iştirak etmək əzmindədir.

KİV və ictimai əlaqələr şöbəsi jurnalistləri diqqətli olmağa, yanlış və dəqiqiləşdirilməmiş fakt və məlumatları yaymamağa çağıraraq bildirir ki, "Azimport” MMC-nin fəaliyyəti barədə hər bir vətəndaş və media nümayəndəsini maraqlandıran suallara cavab verməyə hazırdır".

Mia.az
Digər xəbərlər
SON XƏBƏRLƏR