"Yerli icra hakimiyyətlərinin saytları bərbad vəziyyətdədir" - Ekspert

img

28-05-2015 [16:17]


"Regionlarda informasiya texnologiyalarının, elektron hökumət quruculuğunun inkişafı ilə bağlı əlavə proqramın qəbul edilməsinə ehtiyac var"

Bu fikirləri Ölkə.az-a İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, yerli icra hakimiyyətlərinin saytları ilə bağlı ciddi problemlər var:

"Biz 7-8 ildir sistemli olaraq dövlət qurumlarının saytlarını monitorinq edirik. Qanunvericiliyə görə 32 adda informasiya həmin saylarda qeyd olunmalıdır. Bu metodikya uyğun olaraq saytları monitorinq edirik. Nəticələr göstərir ki, nazirlik, dövlət komitəsi və. s-də informasiya açıqlığı əvvəlki illərə nisbətdə müsbət dinamika müşahidə olunur. Yerli icra hakimiyətləri orqanlarının ineternet resurslarında vəziyyətdə lap acınacaqlıdır. Yerli icra hakimiyətlərinin saytlarında informasiya göstəriciləri aşağı səviyyədədir. Burada informasiya texnologiyalarının tətbiqi yetərli deyil. Regionlarımızda elektron hökumət quruculuğu sahəsində vəziyət hədsiz dərəcədə pisdir. O cümlədən bələdiyələrdə. Yerli icra hakimiyətlərinin saytlarında icra başçısının və rayonun şəkillərindən başqa normal informasiyaya rast gəlmək olmur. Bu da o deməkdir ki, regionlarda informasiya texnologiyalarının, elektron hökumət quruculuğunun inkişafı ilə bağlı əlavə prorqamın qurulmasına ehtiyac var".

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA