Daha bir jurnalistə vəzifə verildi - Nazir xidmət rəisi təyin edib

img

25-05-2015 [16:56]


​Azərbaycanın Energetika Nazirliyinin mətbuat xidmətinə yeni təyinat olub.   

Məlumata görə, tanınmış telejurnalist Zəminə Əliyeva qurumun mətbuat katibi vəzifəsinə təyin olunub(Teleqraf.com). 

Qeyd edək ki, həmin postu təmsil edən jurnalist Azər Mənsimli bir müddət öncə vəzifəsindən kənarlaşdırılıb.   

Zəminə Əliyeva 25 dekabr 1980-ci ildə Zəngilanda anadan olub. 2002-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. Müxtəlif telekanallarda çalışıb.  2013-cü ilin avqust ayından etibarən " Space" TV-də Xəbərlər Xidmətinin rəhbər müavini kimi fəaliyyət göstərib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA