Səlyan polisində banka borcu olan qəzet əməkdaşını döyüblər? - Baş redaktor nazirə müraciət etdi

img

25-05-2015 [12:23]



"Araz-Media" qəzetinin baş redaktoru Fariz Quliyev Daxili işlər naziri Ramil Usubovla Baş prokuror Zakir Qaralova müraciət edib.

Mia.az-a daxil olan müraciətdə bildirilir ki, təxminən 10 gün əvvəl "Araz Media" qəzetinin "Muğan" Bürosunun rəhbəri Əlizamin Həsənli Salyan rayon Babazanlı qəsəbəsinin Eldəniz adlı sahə müvəkkilinin təzyiqi ilə üzləşib:

 "Sahə müvəkkili "Finca Bankın" ərizəsi əsasında qanunsuz olaraq, (məhkəmə səlahiyyətlərinə müdaxilə edilərək) əməkdaşımızı üç gün Salyan rayon Polis Şöbəsində saxlayıb. Əlizamin Həsənli şöbədə olduğu zaman mənəvi və fiziki zorakılığa məruz qalışb. Sahə müvəkkili köməkçiləri ilə birlikdə onu döyərək, ağır  söyüşlərlə təhqir edib. Nəhayət üçüncü gün ondan 550 manat rüşvət aldıqdan sonra sərbəst buraxıblar. Polisdən jurnalisti o "şərtlə" buraxıblar ki, dəyər-dəyməzə anası, həyat yoldaşı və azyaşlı qızı ilə birgə yaşadığı evi satsın və adıçəkilən banka olan borcunu tam olaraq ödəsin. Əks təqdirdə, onu narkotik vasitə ilə tutacaqlarını da bildiriblər. Bundan başqa, Əlizamin Həsənliyə bir neçə sənədə də döyərək, işgəncə verərək qol çəkdiriblər. Qorxu, stres, təzyiq altında olan jurnalist evini satatarq, banka olan borcunu ödəyib. Ancaq hal-hazırda ailə üzvləri ilə küçədə qalmağa məcbur olublar".

Baş redaktor bildirib ki, məsəllə ilə bağlı Salyan rayon Polis Şöbəsinin rəisi Namiq Həsənovla əlaqə saxlayıblar: "Pəisdən vətəndaşla, jurnalistlə niyə belə rəftar edildiyini öyrənməyə çalışdıq. Rəis isə öz növbəsində "Gedin, nə bilirsiniz, edin, qəzetinizdə yazın, saytınızda işıqlandırın,  mən, şəxsən özüm göstəriş vermişəm ki, Əlzamini bu hala salsınlar" kimi polisə yaraşmayan ifadələr işlətdi".

Adi mülki işin bu həddə çatdırılmasında polisin hansı marağının olmasının onlar üçün müəmma olaraq qaldığını deyən baş redaktor bildirir ki, bu olayın obyektib araşdırılması zərurəti var: "Ona görə xahiş edirik, bu hadisənin obyektiv araşdırılmasına kömək edəsiniz!".

Müraciətdə adıçəkilən şəxsləri də dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR