Bakıda "Jurnalistlər evi"nin də üzlüyü sökülür - FOTO

img

23-05-2015 [11:32]



2013-cü ildə tikilib təhvil verilmiş "Jurnalist Evi”nin plastik üzlükləri bu səhrədən etibarən sökülməyə başlayıb.

Strateq.az bildirir ki, səhər saatlarından etibarən texnikanın köməyi ilə fəhlələr binanın fasad örtüyünü dağıtmağa başlayıb.

Qeyd edək ki, Binəqədidə 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğından sonra prezident İlham Əliyevin göstərişi ilə polüertinlə üzlənmiş binaların plastik konstruksiyalarının sökülməsi aparılır.

Yanğında 16 nəfər həlak olub. Baş prokuror Zakir Qaralov açıqlamasında yanğına səbəb kimi divar üzlüklərinin keyfiyyətsiz olduğunu göstərmişdi.
 

17 mərtəbəli "Jurnalist Evi” 2010-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə ucaldılıb. Binanın tikilməsinə ilk mərhələdə 5 milyon manat ayrılmışdı.

bina.jpg

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA