22-05-2015 [16:22]
İyunun 12-də start götürəcək Avropa Oyunlarından əvvəl, "Bakı 2015" Bakıda sürücülər və piyadalar üçün yol hərəkəti təhlükəsizliyini təbliğ etmək məqsədilə, Nəqliyyat Nazirliyinin yeni təşəbbüsünü dəstəklədiyini bəyan edir.
Mia.az xəbər verir ki, yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq məqsədi daşıyan kampaniya, sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün təşkil olunur.
Bu kampaniya sürücüləri və piyadaları mövcud yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməyə, sürücüləri xüsusi olaraq sürət həddini aşmaqdan, nəqliyyat vasitəsini aqressiv idarə etməkdən yayınmağa və təhlükəsizlik kəmərini bağlamağa həvəsləndirmək məqsədi daşıyır. Piyadalara isə, yolu yalnız piyadalar üçün müəyyən olunmuş xüsusi piyada keçidlərindən istifadə edərək və müvafiq nişanlara əməl edərək keçmək lazım olduğu xatırladılır.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bu yeni təşəbbüsə dəstəyini şərh edən BAOƏK-in Nəqliyyat şöbəsinin direktoru cənab Panayotis Protopsaltis qeyd edib: "Biz, Nəqliyyat Nazirliyinin Bakıda yol təhlükəsizliyini təbliğ etmək üçün irəli sürdüyü yeni təşəbbüsünü dəstəkləyirik və sürücülər və piyadalar arasında yollarda təhlükəsiz hərəkət barədə məlumatlılığı artırmaq məqsədilə Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edəcəyimizə ümid edirik”.
Nəqliyyat Nazirinin müavini Musa Pənahov isə qeyd edib: "Bakı 2015 İlk Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Bakı şəhərinin yol-nəqliyyat infrastrukturu əsaslı surətdə təkmilləşdirilib. Yeni tikilmiş və təmir olunmuş yollar, yeni alınmış nəqliyyat vasitələri idmançıların, rəsmi heyətlərin və tamaşaçıların rahat və təhlükəsiz daşınmasına şərait yaratmaqla yanaşı, Bakı şəhərinə bir miras olaraq qalacaq və şəhərimizə xidmət edəcəkdir. Görülən işlər çərçivəsində yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və yol hərəkəti təhlükəsizliyinin təbliği baxımından Nəqliyyat Nazirliyivə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən birgə həyata keçirilən Nəqliyyat Kommunikasiya Kampaniyası xüsusi əhəmiyyətə malikdir”.
Kampaniya çərçivəsində, yol hərəkəti təhlükəsizliyi haqqında social çarxlar da hazırlanmışdır və bu çarxlar milli televiziya kanalları tərəfindən də nümayiş etdirilir. Bu videolar, eyni zamanda, Bakıdakı avtobus dayanacaqlarında və şəhərdə quraşdırılmış böyük monitorlarda da göstərilir.
Əlavə olaraq, kampaniyanı təbliğ edən afişalar şəhərdəki reklam lövhələrinə və avtobus dayanacaqlarına yerləşdirilir və Facebook social şəbəkəsində də paylaşılır.
Bununla yanaşı, Bakının müxtəlif ərazilərində yol hərəkəti təhlükəsizliyini təbliğ edən komandalar kampaniyaya cəlb olunmuşdur ki, onlar sürücülər və piyadalarla söhbətləşərək onları yollarda daha təhlükəsiz olmağa çağırır və yol təhlükəsizliyinin bütün məqamları haqqında məlumatlandırır.
Nəqliyyat Nazirliyi, tamaşaçıları Oyunlar zamanı idman arenalarına gedərkən şəxsi avtomobillər əvəzinə şəhər boyunca fəaliyyət göstərəcək təkmilləşdirilmiş ictimai nəqliyyat xidmətlərindən istifadə etməyə çağırır.
Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur: - Bakı 2015 internet səhifəsi (www.baku2015.com);
- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar; - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (http://mot.gov.az/), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (http://dyp.gov.az/) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internetsəhifələri; - Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts) də daxil olmaqla, NİİM-in məlumat kanalları
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı