21-05-2015 [12:39]
Birinci Avropa Oyunlarının başlanmasına 1 aydan da az zaman qalıb. Az sonra bütün dünyanın gözü doğma yurdumuz Azərbaycanda olacaq. Şübhəsiz ki, bu oyunlar vətənimizi dünyada tanıtmaq, ölkəyə turist cəlb etmək baxımından əla bir imkan, vasitə olacaq. Yeri gəlmişkən, ölkəmizin, onun adət ənənələri, ayrı ayrı atributlarının təbliği ilə bağlı bir çox addımlar atılmaqdadır. Bunlardan biri də Bakıda DənizkənarıBulvar ərazisində yenicə açılmış mağazadır. Belə ki,Bakı-2015 Avropa Oyunlarının Bulvar ərazisində yenicə açılmış mağazası artıq müştərilərini qəbul etməyə başlayıb. Sevindiricidir ki, həm vətəndaşlarımız, həm də turistlər bu mağazaya böyük maraq göstərir. Çox da uzatmayaraq sizi mağazada satılan Bakı-2015 brendli malların qiymətləri ilə tanış edirəm.
Şəki kəlağayısı - 40 AZN;
ləçək - 18 AZN;
milli geyimdə gəlincik - 240 AZN;
nərdtaxta - 275;
bruloklar - 4 AZN;
futbolkalar - 12-15;
corab - 5 AZN;
idman çantası - 16 AZN;
baş geyimi - 6 AZN;
naxışlı dəsmal - 13 AZN.
və...
bayraq - 6 AZN(?!);
Bəli, bəli, düz oxudunuz. Azərbaycan Respublikasını bayrağı və məhz əcnəbilərin gəldiyi bir zamanda, təbliğat üçün əla bir fürsət olan bir məqamda... Bu bayrağı 6 AZN-ə, təqribən 6 dollar 10 sentə almaq olar. Sual olunur, əgər bizim əsas borc və vəzifələrimizdən biri təbliğatdırsa, niyə əsas dövlət atributlarımızdan sayılan, uğrunda canımızdan, qanımızdan keçdiyimiz üçrəngli bayrağımızı satmalıyıq?! Və özü də belə "qeyri-müəyyən" qiymətə. Əslində, istənilən rakursdan götürsək, bayraq satışı elə incə bir məsələdir ki, bu mövzuda yaza yaza bəndəniz çox ehtiyat edirəm, çünki burada ortaq ölçü, qiymət meyarı müəyyən etmək çox qəlizdir. Hər birimiz yaxşı bilirik ki, bu bayrağı azad və suveren dövlətdə başıuca, alnıaçıq dalğalandırmaq üçün nələrdən keçmişik...
Çalışacam fikirlərimi aydın izah edim.
Əziz həmvətənlərim, hörmətli bu işə məsul olan şəxslər. Olmazmı ki, Azərbaycan Respublikasının bayrağını əcnəbilərə, ölkəmizi görməyə, tanımağa gələn qonaqlara, sadəcə hədiyyə edək, digər malların üzərində qiymət yazılarkən, bunun da üzərində də "qiymətsiz" etiketi qoyaq. Heç kəsə sirr deyil ki, dövlətimizin büdcəsi buna imkan verər ki, məhz Avropa Oyunları zamanı, təxminən, 50 min bayrağı əcnəbilərə hədiyyə edək. Qoy bunun maya dəyəri olsun 2 manata. Yəni buna dəyməzmi ki, Avropada Azərbaycan bayrağının sayı daha 50 min ədəd artsın?! Buna pul xərcləməyə dəymirsə, ayrı nəyə xərcləməliyik?!
Yaxud, bu bayrağın satılması, ondan əldə olanacaq gəlir çox vacib və mütləqdirsə, olmazmı ki, simvolik, minimum bir rəqəm qoyulsun, tutalım 1 AZN. Bayrağımızı almaq istəyən şəxs onu daha asan və minimum qiymətə ala bilsin.
Bayrağı bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa vətəndir.
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var
NATO ölkəsi ABŞ-a meydan oxudu - "Bunu ilk dəfə söyləyirəm: iPhone kimi, F-35-lərin də proqram təminatını sındırarıq"
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI və ya tarixi imtahandan sinifdə qalanlar...