AzTV-də əcaib olay: Yarışda iştirak edən əməkdaşı işdən qovurlar

img

12-05-2015 [16:24]


Türkiyədə yayımlanan "Ben bilmem, eşim bilir” yarışmasında qalib olan AzTV-nin "Xəbərlər” proqramının aparıcısı Vüsalə Səidi və həyat yoldaşı kanal rəhbərliyi tərəfindən cəzalandırılıb. 


Bu barədə "Qafqazinfo”ya AzTV-dən məlumat daxil olub. Məlumatda qeyd edilir ki, aparıcı və həyat yoldaşı sözügedən proqramda rəhbərliyin icazəsi olmadan iştirak edib. Buna görə də, AzTV rəhbəri Arif Alışanovun tapşırığı ilə qalib cütlükdən işdən çıxmaları ilə bağlı izahat alıb.

Məsələ ilə bağlı "Qafqazinfo”  Vüsalə Səidi ilə əlaqə saxlayıb. O, bu barədə danışmaq istəmədiyini deyib. 

Xəbər saytda yayımlanandan sonra Xatirə Qasımova bildirib ki, bu barədə onlarda heç bir məlumat yoxdur: "Biz aparıcıdan izahat alınması məsələsini ilk sizdən eşidirik".



Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA