Xaləddin İskəndərov kimdir?

img

12-05-2015 [16:02]



Onu uzun illər Vergilər Nazirliyinin ən sərt simalarından biri kimi tanıyırdıq. Sözün düzü bəzən SƏRT ADAM titulu müxtəlif insanlara verilir. Amma hesab edirəm ki, ən uğurlu status daşıyıcısı məhz o ola bilər. O, prezidentə ən sadiqlərdəndir və buna zərrə qədər şübhə yoxdur. Ancaq məmur olmaq üçün xüsusi bir xarizmaya ehtiyac yoxdur,lakin fərqli və qəribə olmaq üçün isə məmurda mütləq xarizma önəmlidir.. Beləliklə gəlin Xaləddin isgəndərovun fərqli məmur obrazına baxaq.

İsgəndərov Xaləddin Şahmar oğlu 5 noyabr 1962-ci Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. 1984-ci ildəAzərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Əmtəəşünaslıq” fakultəsini bitirmişdir. 1985-1987-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər olaraq başlamış, 1984-1985-ci illərdə Qubadlı rayonu İstehlak Cəmiyyətində sədr müavini vəzifəsində, hərbi xidmətdən qayıtdıqdan sonra isə 1987-1991-ci illərdə Abşeron rayonu Təsərrüfat hesablı Univermaqda əmtəəşünas vəzifəsində, 1991-1992-ci illərdə Xızı rayonu İstehlak Cəmiyyətinin ticarət şöbəsinin müdiri vəzifəsində, 1992-2001-ci illərdə "Azər” təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində çalışmışdır.

2001-2003-cü illərdə BakıŞəhərİcraHakimiyyəti başçısı Aparatının Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə VergilərNazirliyinin 11 saylıvə 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi münasibətilə "Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

İlk baxışdan adi annotasiya adi tərcümeyi hal. Bəs o zaman fərqli olan nədir?

Fərqli olan insanın eyni zamanda həm məmur, həm rəhbər, həm xarizmatik yanaşma hissinə malik başçı, həm də gözündən qayğıda tükü də qaçırmayan insan olmasıdır.

O, iclaslarında əyləşmə şansı olan hər bir jurnalistin deyimincə həddən ziyadə sərt, amma eyni zamanda çox səmimi xarakter nümayiş elətdirən biridir.

Vərdiş etdiyimiz məmurların protokol nitqləri heç zaman X.İ üçün mahiyyət kəsb etmədi. Tribunaya çıxır və... bax elə bu vədən bütün səslər səngiyir, gözlər bir istiqamətə zillənir. Çünki o, təkcə Binəqədidən yox, dövlətdən, insandan, gəncdən və Allahdan danışır.

Binəqədi rayonu heç vaxt bu qədər seçilmirdi. Sözsü ki bu gün Xətai, Nəsimi, Nərimanov və bu kimi digər rayonlarımızdakı infrastruktur dəyişiklikləri də göz önündədir. Fərq sadəcə bir məqamdır. İsgəndərov, zamanında hamının "binəqədiliyəm” deməyə utandığı bir ərazinin sakinlərini sivil topluma inteqrasiya elətdirdi. O, ağacı millət vəkilləri ilə deyil əlil uşaqlarla əkdi, o, sakinlərin səyyar görüşlərində qalxan qocanın ayağına düşdü, o, gənclərlə hər ay görüşdü və bu görüşdə sərt icra başçısından əsər əlamət qalmadı. Fərqli insan hər kəsin dilində başa düşən insandır. Fərqli məmur hər sakini öz dilində dinləyib öz dilində danışdıran insandır.

Xaləddin İsgəndərovdan umacaq heç nəyim yoxdur. İndiyə qədər bircə dəfə belə olsa qəbulunda olmadım. Çünki bir park istədim ayağımın altında. Və səhər gördüm ki binamın önündədir. Bir pandus istədim anam üçün gördüm blokumun önündədir. Bir içim su istədim illərlə boğulub qaldığım su ümidində, o da gündəlik oldu yaşadığım əraziyə. Bəzən hər şeyi bir anda istəyirik. Gəlin iş görənlərə vaxt və möhlət verək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA