Ayaz Mütəllibovun nəticəsi oldu

img

12-05-2015 [12:08]


Bu gün Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun 77 yaşı tamam olur.

O, ad günü təəssüratları ilə bağlı "Qafqazinfo”ya açıqlama verib. Sabiq-prezident bildirib ki, bu, ailə miqyasında qeyd olunan tarixdir: "Sözün doğrusu, o qədər də əhəmiyyətli deyil. Çünki insan yaşa dolduqca cavanlıqdan uzaqlaşır. Ad günümü istər-istəməz keçirməli oluram. Çünki yaxın qohumlardan gələnlər olur. Bu yaşda özümü pis hiss etmirəm. Yaşayırıq, buna da min şükür”.

A.Mütəllibov əlavə edib ki, vaxtilə bir yerdə işlədiyi adamlar onu təbrik edirlər, ancaq onlar siyasət adamları deyil.

Eks prezident ad günü qabağı aldığı ən böyük hədiyyənin oğlan nəticəsinin dünyaya gəlməsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, ötən gün ilk oğlan nəticəsi anadan olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA