Arif Alışanovdan kadr dəyişikliyi; Məşhur yazıçının nəvəsinə AzTV-də vəzifə verildi

img

07-05-2015 [22:35]


Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Arif Alışanov televiziyada kadr dəyişikliyi həyata keçirib.

Bu haqda məlumatı AzTV-dən bildiriblər. Məlumata görə, operator Musa Vəliyev televiziyanın baş operatoru Fazil Hadıyevin müavini vəzifəsində çalışacaq.

Bu faktı Musa Vəliyevin özü AzNews.az-a təsdiq edib: "Mənim təyinatımla bağlı informasiya bu gün yayılıb. Sabah yeni kollektivə təqdim ediləcəyəm”.

Qeyd edək ki, uzun müddətdir ki, AzTV-də çalışan Musa Vəliyev Azərbaycanın məşhur yazıçısı Əli Vəliyevin nəvəsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA