Əli Abbasov Moskvaya gedir - Səbəb

img

07-05-2015 [19:41]


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 8-9-da Rusiya Federasiyasının Moskva şəhərində Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyası Başçıları Şurasının 50-ci və MDB-nin Koordinasiya Şurasının 21-ci Nazirlər Toplantısında iştirak edəcək.

Nazirlikdən bildirlib ki, səfər çərçivəsində nazir Əli Abbasov MDB ölkələrinin rabitə nazirləri üçün təşkil olunan nümayəndə heyəti ilə birlikdə mayın 9-da keçiriləcək Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyinə həsr olunmuş hərbi paradda, eyni zamanda rabitəçi-hərbçi hissələrin veteranlarla görüşündə iştirak edəcək. 

Rabitə və yüksək texnologiyalar sahəsində əlaqələrin inkişafı və daha da genişləndirilməsi məqsədilə nazir Əli Abbasov Rusiya, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tacikistanın sahə nazirləri ilə də ikitərəfli görüşlər keçirəcək, həmçinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılması nəzərdə tutulan "Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin icrası ilə bağlı danışıqlar aparacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA