Sabir Rüstəmxanlı ermənilərlə işbirliyində ittiham edilir

img

04-05-2015 [19:28]


Müsavatdan istefa verən, ADR-in İdarə Heyətinin üzvü Adil Qeybullanın "Müsavat rəhbərliyi qisasçılıq siyasət aparır” sözlərinə "Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyevdən dəstək gəlib.

Hafiz Hacıyev son durumla bağlı Femida.az-a danışıb. O, Müsavatın öz funksiyasını yerinə yetirə bilmədiyini söyləyib.

"Müsavat partiyası deyilən bir partiya yoxdur. "Müsavat " MMC var. Bizim hakimiyyətimiz dövründə ən ustad dəllal Arif Hacıyev idi, Qəmbərov İsa isə onu kölgədən idarə edirdi. Hələ də onu idarə edən Qəmbərov İsadır. Artıq o partiyada adam qalmayıb. "Müsavat” öz funksiyasını yerinə yetirə bilmədi. "Müsavatçılıq” ideyası "Müasir Müsavat” partiyasında cəmləşib. Adil Qeybulla çox düzgün deyir, orda qisas almaqla məşğuldurlar. Müsavatçıların bir hissəsi Qubad İbadoğlunun ətrafındadır, bir hissəsi bizim tərəfimizdədir. Orada qalıb 5-10 nəfər, onlar da Arif Hacıyevin qardaşları, qardaşı uşaqlarıdır, Qəmbərov İsadır, onun oğludur. Onlar Azərbaycandan qisas almaqdan ötrü bugün erməni lobbisi ilə də çox sıx əlaqədədilər.

Sabir Rüstəmxanlı İsa Qəmbər və Arif Hacıyevi İstanbula aparıb erməni diasporalarının üzvləri ilə tanış etdi. İndi artıq onlarla birlikdə işləyirlər. İstəmirlər ki, sirrlərini kimsə bilsin, Azərbaycanda qarışıqlıq salmaq üçün xaricdən nə alırlarsa onun hamısın tək yesinlər, tək bölsünlər. Qisasçılıq hissi də buradan yaranır. Buna görə də əsl simasını saxlayan müsavatçıların hamısı "Müsavat”dan uzaqlaşıblar.Düşünürəm ki, onlar partiya yox, MMC-Məhdud Məsuliyyətli Cəmiyyət yaradıblar. İndi "Müsavat”a partiya demək günahdır.

Adil Qeybullaya gəldikdə, ziyalı yoldaşdır, mən də çox istəyirəm. Həmişə bir yerdə olmuşuq, çox düz deyir. Vurğun Əyyubun uzaqlaşdırılması Müsavatda qisasçılıq siyasəti aparılırdığını göstərir. Gərək Adil müəllim hər şeyi açıb deyəydi ki, onlar niyə qisasçılıq edirlər. Hər halda abırlarına qısılıb demirlər. Amma mən deyirəm ki, qisasçılıqla məşğuldurlar. Qisasçılığın kökündə dayanan əsas səbəb odur ki, Qəmbərov İsa ilə Hacıyev Arif xaricdən, daxildən, ermənilərdən aldığı pulu tək yesinlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA