BAMF Hindistan Maliyyə İnstitutu ilə memorandum imzalayacaq - FOTO

img

06-05-2015 [19:52]


Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Hindistan Maliyyə İnstitutu arasında anlaşma memorandumu imzalanacaq.

BAMF-ın sədri Umud Mirzəyev Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik Toplantısında iştirak etmiş Hindistan Maliyyə İnstitutunun yaradıcısı və rəhbərlər şurasının hazırki sədri, professor J.D.Agarval ilə görüşüb.

Fonddan Mia.az-a verilən məlumata görə, görüşdə BAMF ilə Hindistan Maliyyə İnstitutu arasında əməkdaşlığın perspektiv imkanları müzakirə olunub. Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik Toplantısının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirən qonaq bunu Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın bariz nümuməsi kimi dəyərləndirib. Azərbaycanın davamlı tərəqqisini qeyd edən J.D.Agarval Azərbaycanın sürətlə dəyişərək inkişaf etdiyini diqqətə çatdırıb.

BAMF sədri dünyanın maliyyə və biznes dairələrinin diqqət mərkəzində olan bu nüfuzlu tədbirin yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraqla gözlənildiyini, o cümlədən Azərbaycanın vətəndaş cəmiyyəti tərəfindən də müsbət qarşılandığını bildirib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti ilə yaxından tanış olduğunu bildirən Hindistan Maliyyə İnstitutunun rəhbəri BAMF-ın beynəlxalq fəaliyyətini və statusunu BMT-nin analoji xüsusiyyətləri ilə müqayisə edib və BAMF-ın regionda "Kiçik BMT” rolunu oynadığını deyib. O, tezliklə Hindistan Maliyyə İnstitutunun BAMF ilə iki qurum arasında əməkdaşlığın yol xəritəsi olacaq birgə anlaşma memorandumunun imzalanmasının vacibliyini, bu istiqamətdə işlər görəcəklərini xüsusi vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR