"Bəyəm onun ağzından tuturlar ki, mövqeyini deməsin?" - İstefa verən bölmə sədrinə cavab

img

05-05-2015 [17:39]


Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri, şair Namiq Hacıheydərli vəzifəsindən istefa verib

O, istefasına səbəb kimi AYB-nin Muğan bölməsinə laqeyd münasibətindən narazılıq edib və Birliyi ölkədəki ictimai-siyasi proseslərdə tutduğu passiv mövqeyə görə qınayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədr köməkçisi Rauf Aslanov AzNews.az-a açıqlamasında Namiq Hacıheydərlinin istefa məktubunun sözügedən quruma daxil olduğunu təsdiqləyib.

"Məktub mənə tədqim edilib. Özünü ziyalı hesab edən qələm sahibi niyə Yazıçılar Birliyinin mövqeyini gözləyir. Qoy ziyalı kimi mövqeyini ortaya qoysun. Bəyəm onun ağzından tuturlar ki, mövqeyini deməsin? Respublikamızda ictimai-siyasi vəziyyət həddindən artıq yaxşıdır. Bütün Azərbaycan Avropa Oyunlarına hazırlaşır. Bundan artıq nə olmalıdır ki? Anlaya bilmirəm, Yazıçılar Birliyi nəyə münasibət bildirməlidir? Gəlib bizə kömək etməkdənsə, boş-boş danışırlar”, - deyə AYB rəsmisi bildirib.

R.Aslanov əlavə edib ki, N.Hacıheydərli yaşamaq üçün Bakıya üz tutanda vəzifəsini təhvil verməyib: "Anlaya bilmirəm, o, Bakıda ola-ola bölgədəki vəzifəsini necə icra edib?”.

Xatırladaq ki, Namiq Hacıheydərli Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsi (Hacıqabul, Şirvan, Salyan və Neftçala) üzrə sədri vəzifəsində çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR