Bir kəndin camaatı deputata qarşı qalxdı

img

05-05-2015 [11:03]


Masallı rayonunun Muğan kəndlərində yaşayan ziyalılar dövlət başçısı İlham Əliyevə müraciət ediblər.

AzFakt.com-un elektron poçtuna daxil olan müraciətdə vurğulanır ki, qeyd olunan ərazidə indiyə qədər xeyli sayda ziyalı, alim və siyasətçi yaşayıb və dövlət qurumlarında, ölkənin parlamentində təmsil olunublar. 

Onlar qeyd edirlər ki, bu il parlament seçkilərində belə tanınmış adamların mənəvi davamçısı olan ziyalının seçilməsini arzu edirlər. «Son 5 ildə bizim dairədən Milli Məclisə "seçilən” deputatın demək olar ki, nə üzünü görmüşük, nə də bir çıxışını eşitmişik. İş adamı olduğuna görə ona kommersiya faəliyyətində uğur diləyirik. Amma xahiş edirik ki, bu il seçicilərin əksəriyyətini təşkil edən Muğan kəndlərində boya-başa çatan ziyalılarımızdan birinin bizi parlamentdə təmsil etməsi barədə müraciətimiz nəzərə alınsın».

Rayon sakinləri vurğulayırlar ki, "parlament” danışmaq, fikir söyləmək mənasını verirsə, ölkənin Ali Məclisinin iclaslarında 5 il susan, bir kəlmə söz demək iqtidarında olmayan hər hansı bir deputata təkrar seçilmək hüququ vermək demokratik seçki prinsiplərinə uyğun deyil. «Masallıda ölkəmizi və xalqımızı sevən, istək və arzularını sözlə ifadə edən ziyalılar çoxdur! Bəri başdan əminliyimizi bildiririk ki, V çağırış MM-ə seçkilərdə 70 saylı Masallı Şəhər Seçki Dairəsindən məhz rayon ziyalılarını təmsil edən bir nümayəndə seçiləcək».

Xatırladaq ki, 70 saylı Masallı şəhər Seçki Dairəsindən Nəriman Əliyev deputat seçilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA