28-04-2015 [16:21]
Bu gün Azərbaycan mətbuatının görkəmli simalarından biri, tanınmış publisist, «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin 50 yaşı tamam olur.
O, 1965-cil aprelin 28-də Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. 1983-1990 Bakı Dövlət Universitetində təhsil alıb. Əmək fəaliyyətinə 1989-cu ildə "Xazar” jurnalında ədəbi işçi olaraq başlayıb. 1990-1991 "Turan” agentliyində müxbir, 1991-1994 "Azadlıq” qəzetində müxbir, şöbə müdiri, redaktor müavini vəzifələrində çalışıb. 1999-cu ilin fevral ayında "Ekspress” qəzetində baş redaktorun birinci müavini təyin olunub. Bahəddin Həziyev, daha sonra 1998-1999 fevral "Avrasiya” qəzetində şərhçi,1994-1998 "Çağ” qəzetinin baş redaktoru,1996-2003 "Azadlıq” radiosunda şərhçi, 2005-ci ildən isə "Bizim Yol” qəzetinin baş redaktorudur.
Baş redaktor 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə «Əməkdar jurnalist» fəxri adına layiq görülüb.
"Azərbaycanda bolşevik hakimiyyətinin qurulduğu gündə doğulmuşam. Əslində siyasi gün deyərdim. Məlumdur ki, "28 Aprel" ADR-in devrilməsi günüdür. Amma bu günün mənim həyatıma heç bir təsiri olmayıb. Sadəcə yaz günü və bu fəsildə havanın yaxşı olması həmişə əhvalıma xoş təsir edib".
Bu sözləri APA.TV-nin efirində yayımlanan "İlqar Rəsul və..." verilişinin qonağı, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev deyib.
Baş redaktor çoxuşaqlı ailədə doğulmağından, erkən yaşlarında atasını itirməsindən danışıb: "Ailədə yeddi uşaq olmuşuq. Atam fəhlə idi. Babam müharibədə itkin düşəndən sonra atam təhsilini yarımçıq qoyub, bacı- qardaşlarına baxmaq üçün işləyib. Elə onun taleyini də biz yaşamışıq. Atamı on yaşımda itirmişəm. Ona görə uşaqlığımızı yaşaya bilməmişik. İşləməyə məcbur olmuşam. Çox az yatırdım. Üzüm sahələrində işləyirdim. Axşamlar çıraq işığında dərs oxuyurdum. Kəndimizdə bir təpə vardı. Həmişə mənə elə gəlirdi ki, o təpənin arxasında böyük şəhər var. Şəhəri televizorda görmüşdüm. Bir az böyüyəndə o təpənin başına çıxdım. Gördüm ki, o təpənin arxasında da bizim kənd kimi balaca kənd var. Sadəcə o zaman kənddən qaçmaq yox, üzərimə düşən yükün əziyyətindən azad olmaq istəyi vardı içimdə".
Bahəddin Həziyev özü haqqında danışarkən daha çox barışdırıcı, sülh adamı olduğunu bildirib: «Bu mənə valideynimdən, xüsusən də atamdan gəlib. Əslində insan belə olmadı. Bəlkə də hərə bir az barışdırıcı olsa, hamı bir biri ilə barışar. Bir az da həyatla, Allahla, öz övladları ilə, öz problemləri ilə barışarlar insanlar. Elə adamlar tanıyırıq ki, öz yaxınlarına qarşı da aqressivdirlər. Aqressiya əslində acizlərin silahıdır. İnsan gərək hər şeyə bir az yuxarıdan baxmağı, barışdırıcı olmağı bacarsın. Məncə belə daha doğrudur...
Çox vaxt özümdən narazıyam. Düşünürəm ki, bu yaşa qədər yaşadım, daha nələrsə edə bilmədim. Bilmirəm nələr edə bilərdim. Amma düşünürəm ki, daha nələrsə də edə bilərdim. Ən azı kitab yazmaq olardı. Düzdü, jurnalistin vaxt qıtlığı da var. Amma bunu da bəhanə etməyi düzgün saymıram. Bizim peşəmiz vaxt, maliyyə dəyərləndirmə və sair məsələlərdə müəyyən məhrumiyyətlər də gətirir. Amma peşəmi çox sevirəm və narazılığım da yoxdur".
Baş redaktor onu yoran insanlara münasibətindən də danışıb:
"Sözü dərk etməyən adama söz deməyin mənası yoxdu. Əslində biz insanları həyatımıza doldurmaqla səhvə yol veririk. Jurnalist əslində bir süzgəcdir. Hamının dərdini özündən keçirir. Bu səbəbdən bizim həyatımızda başqaları çox olur. Və onların heç də hamısı bizi dərk etmir. Amma buna görə onları qınamaq da düz deyil. Çünki bu peşəni özümüz seçmişik".
Jurnalist allaha inandığını və hər zaman ona sığındığını deyib: "Hər zaman Allaha sığınıram. Çətinliklər çox olur həyatımızda. Amma mən təkcə çətinlik olanda yox, hər zaman Allaha sığınıram".
O, dost qazanmaq, onu qorumaq, qonşularla yaxşı münasibət qurmağın tərəfidir.
"İnsan öz ətrafında yaxşı mənəvi mühit yaratmalıdır. Belə olanda yaşamaq da asan olur. Aqressiv insanlar öz ətrafında aqressiv mühit yaradırlar. Sonra da öz həyatlarından narazılıq edirlər. Əslində isə bunun səbəbkarı özləridir".
Bahəddin Həziyev bu dünyada zamanı az qalarsa, o zamandan kitab yazmaq üçün istifadə etmək istərdi - deyib.
"İndi heç kim heç kimin kitabını oxumur əslində. Amma yenə də yazardım. Kiməsə maraqlı olarsa, oxuyar. Olmasa da nə etməli. Mən kitabı öz yaşantılarımı ifadə etmək üçün yazardım yəni... Bu dünyaya niyə gəldiyimi bilmirəm. Bir də gözümü açdım ki, buradayam. Həyat mənə 50 yaşa qədər yaşamağı verdi ən azı. Övladlarımı, dostlarımı iş yoldaşlarımı, həmkarlarımı verdi. Onların hamısını salamlayıram. Bu 50 il ərzində başqa heç nə qazanmamışam. 50-dən sonradan bilmirəm nə gözləyirəm. Hər halda nə yaşasam qazancdır. Amma hesab edirəm ki, gedəcəyimiz yeri də unutmamalıyıq. Haradan gəldiyimizi unutmadığımız kimi, hara gedəcəyimizi də unutmamalıyıq yəni.
Onu sevindirmək üçün məxsusi nələrsə düşünüb tapmağa ehtiyac yoxdur. Özü belə deyib. Mən çox xırda şeylərə də sevinən insanam. Amma daha çox başqalarının uğuruna sevinirəm. Çox şey də kədərləndirir məni. Amma bu 50 yaş işığında danışdığımız üçün kədərli şeylərdən danışmaq istəməzdim. Bəzən insanlar çox danışanda, xüsusilə də yersiz danışan, özünü öyən insan olanda yorur məni. Bir dəfə biri o qədər danışdı ki, ayaqlarım ağrıdı. Amma sonadək oturub dinlədim onu. Dedim ehtiyacı var bəlkə, qoy danışsın. Amma zövq aldığım məqamlar da da az olmur. Xüsusilə də işin nəticəsini görəndə sevinirəm. Bir də təbii ki, ailədə yorğunluğum gedir".
Dövrün hansı anına qayıtmaq istədiyini də deyib həmsöhbətimiz:
"Uşaqlıq və gənclik dövrümə qayıtmaq istərdim. Elə dövrə düşdülər ki, istədiyimiz kimi yaşamadıq. Amma bəlkə də yaşamaq elə o idi. Bəlkə də yaşadıq. Hər halda imkan olsaydı gənclik illərimə qayıtmaq olardı".
Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq - “Nar”da böyük həyəcan
Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan təyinat alıb
Almaniya neonasistləri axtarır: 535 nəfər gizlənib
Sergen Yalçın əməliyyat olunub
Ziya Məmmədovun ən sadiq kadrı yüksək vəzifəyə çəkildi - ADY-də maraqlı təyinat oldu (FOTO)
Peskov: "Rusiya NATO ilə müharibə tərəfdarı deyil, ancaq..."
Rəsmi Moskva: "Putinlə Tramp arasında görüş..."
Sosial şəbəkədə dələduzluq - Yüzlərlə şəxsi aldadan şəxslər tutulub
Əhməd Oruc insult keçirib: "Vəziyyəti ağırdır, reanimasiyadadır"
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu axtarışa verildi - Səbəb
SABİQ NAZİRİN OĞLUNUN MOSKVADAKI BİZNESİ: 16 milyon zərər var
"Qarabağ" azarkeşlərə müraciət edib
Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam edilib
İCRA BAŞÇISININ MÜAVİNİ DÖYÜLDÜ - İH-də dava + FOTO
"O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə..." - Rəşad Məcid yeni foto yaydı
AVP-dan istefalar başlayıb: 44 nəfər üzvlükdən çıxmaq üçün ərizə yazıb - Elçin Ağamalı məhkəməyə hazırlaşır
Xidməti otaqda intim oyunlar - Polkovnik azadlığa çıxdı
Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı - Açıqlama yayıldı
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub - FOTOLAR
AGENTLİK İŞÇİSİ MİNAYA DÜŞDÜ - Ermənistanla sərhəddə
İlham Əliyevin UzA-ya müsahibəsi: Türk dünyasında yeni strateji müttəfiqlik erası - Deputat yazır
Müğənni: "Manaf Ağayev də videonu sildirib"
İran süni yağış yağdırır - Rəsmi Tehran quraqlıqlara qarşı yeni layihələrə başlayıb
Türklərin 36 faizi heç bir partiyaya inanmır - SORĞU
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir - Bu həftə
İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirmək istəyiblər
Daha bir bank bayraqla bağlı paylaşımda kobud səhvə yol verdi - FOTO
Sabah yağış yağacaq
PKK İraqın bu bölgəsindən geri çəkilib - Türkiyəyə görə
Çempionlar Liqasına "tarixi imza atan" qadın pilot oldu - FOTO
Livanda BMT əsgərləri tankla atəşə tutulub
Mədəniyyət Nazirliyi məlumat yayıb
Berlində cəzalar ağırlaşdırıldı - Yerə siqaret kötükləri atanları 3, zibil atanları isə 100 min avro cərimə gözləyir
Agentlik sədri xalası oğlunu yüksək vəzifəyə təyin edib, o isə... - Bir miluyonluq borc yaranıb
Müğənni Ruhinin borcu var
MN: "Ağdərə və Pirəkəşküldə..."
Abşeronda şirniyyat sexində işləyən işçi xəsartə alıb
İran XİN: "Biz gizli şəkildə heç bir nüvə obyektimizdə..."
Prezident xəbərdarlıq edir, Xətaidə isə nəticə çıxarmaq əvəzinə... - Qanunsuz tikintilər baş alıb gedir
İsrail ordusu 20-dək fələstinlini saxlayıb