ATV-nin prezidenti BDU-da olub! - "Ana Xəbər" bülleteni müzakirə olunub (FOTO)

img

27-04-2015 [18:14]


Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində televiziyada praktik iş fənnindən tələbələrin yekun işlərinin təqdimatı keçirilib. 

Universitetdən Mia.az-a verilən məlumata görə, mərasimdə tələbələrin hazırladığı "Ana xəbər” bülleteni və bir neçə sosial çarx nümayiş etdirilib. 

Təqdimatda "Azad Azərbaycan” televiziyasının prezidenti Vüqar Qaradağlı, fakültə dekanı Şamil Vəliyev, teleradio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova və fakültənin professor-müəllim heyəti iştirak edib.

Tələbələrin də iştirak etdiyi tədbirdə Vüqar Qaradağlı gənc jurnalistlərin fəaliyyətini uğurlu hesab edib. Bununla yanaşı, o, tələbələrə öz irad və təkliflərini də bildirib. "Ana xəbər” bülletenin düzgün qurulmadığını bildirən Vüqar Qaradağlı tələbələri "Azad Azərbaycan” televiziyasında praktik təcrübəyə dəvət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR