27-04-2015 [12:10]
Milli Şuranın üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəylinin "Yurd TV”, "Palitra”, "Kaspi” qəzetləri, teleqraf.com, sia.az saytlarının əməkdaşlarına qarşı xüsusi ittiham qaydasında irəli sürdüyü tələblərlə bağlı məhkəmə çəkişməsinin «ikinci raundu» başlayıb.
Mia.az Strateq.az-a istinadən xəbər verir ki, keçmiş deputat Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verib və artıq bu şikayət Bakı Apellyasiya Məhkəməsində iki dəfə müzakirə edildikdən sonra baxışa təyin olunub:
«Milli Şuranın üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəyli fəaliyyəti dayandırılmış "Yurd TV ilə yanaşı, "Palitra” və "Kaspi” qəzetlərinin, teleqraf.com, sia.az saytlarının baş redaktorları və əməkdaşlarını Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri üzrə təqsirli bilinərək cəzalandırılmaları barədə xüsusi ittiham qaydasında məhkəməyə verib. Səbəb isə keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin mətbuat konfransında haqqında səsləndirdiyi fikirlərin həmin mediada yayılmasıdır. Sözügedən mətbu orqanları və əməkdaşları - Bəhruz Quliyev, Elvin Abdulqədirov, Namiq Əliyev, Söhrab İsmayılov, Aynur Camalqızı, Elman Vəliyev, Natiq Məmmədov və Rufik İsmayılova qarşı iddia tələbləri isə Yasamal Rayon Məhkəməsinin hakimi Aqşin Əfəndiyev tərəfindən qəbul olunmayıb. Sabiq deputat isə bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Bu arada jurnalistlər də boş dayanmayıblar. Onlar da şikayətin icraata qəbul edilməsindən imtina olunmaması haqda qarşılıqlı şikayət veriblər. Hər iki şikayətlər sözügedən məhkəmədə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə iki dəfə müzakirədən sonra baxışa qəbul olunub».
Strateq.az xəbər verir ki, aprelin 22-də hakim Mirpaşa Hüseynov şikayət üzrə iclas saatı təyin edib. Lakin həmin günü deyil, aprelin 24-dəki iclasda sabiq deputatın şikayətinin baxışa qəbul edilməsi haqda qərar qəbul edib: «Həmin günü hakim növbəti prosesin də vaxtını elan edib. Məhkəmə mayın 6-da davam etdiriləcək».

Strateq.az xəbər verir ki, Gültəkin Hacıbəyli jurnalistləri məhkəməyə verməkdə maraqlı olmadığını deyib. O, bu addımı məcburiyyət qarşısında atdığını da sözlərinə əlavə edib: «Mən, Mahmud Mehdiyevi mətbuat konfransında haqqımda səsləndirdiyi fikirlərə görə məhkəməyə vermişdim. Amma Mahmud Mehdiyev məhkəmədə mətbuat konfransında söylədiyi fikirləri təkzib etdi və jurnalistlərin onun dediklərini təhrif etdiyini bildirdi. Hakim də bunu nəzərə alaraq çox absurd şəkildə ona bəraət hökmü çıxarıb. Hökmdə bildirilib ki, ifadələr Mahmud Mehdiyevə məxsus deyil, müəlliflər jurnalistlərdir. Bununla məsuliyyət Mehdiyevin üzərindən götürülərək jurnalistlərin üzərinə qoyulub. Əlbəttə, mən də həmin ifadələrin müəllifinin Mahmud Mehdiyev olduğunu bilirəm. Azərbaycan məhkəmələrindn müsbət nəsə gözləmirəm, ancaq Mahmud Mehdiyevlə bağlı absurd hökmün saxta olmasını sübut etmək üçün məcbur olub, jurnalistlərə qarşı iddia qaldırmışam».
Baş redaktorlar isə Gültəkin Hacıbəyli haqqında rəhbərlik etdikləri mətbu orqanda yazılan fikirlərin Mahmud Mehdiyevin mətbuat konfransında səsləndirdiyini əsas gətirərək, hər hansı bir məsuliyyət daşımadıqlarını bildirirlər.
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin mayın sonunda Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var