22-04-2015 [19:36]
Jurnalist Araşdırmaları Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "İnternet media resurslarından istifadədə milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Cəlilabad şəhərində baş tutub.
Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında keçirilən tədbirdə çıxış edən JAM sədri Seymur Verdizadə əvvəlcə layihə haqda məlumat verib. Qeyd edib ki, əvvəlki dövrlə müqayisədə son illər cəmiyyətin həyatında internet media resurslarının rolu artıb. O, informasiya resurslarının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda baş verən prosesləri peşəkarlıqla işıqlandırmalarının vacibliyindən danışıb, yeni ictimai institut kimi formalaşmaqda olan internet media resurslarında milli-mənəvi dəyərlərin qorunmasının aktuallılığını müxtəlif faktlarla əsaslandırıb.
S.Verdizadə çıxışında diqqəti internet media resurslarında milli-mənəvi dəyərlərə etinasız yanaşma hallarının müxtəlif təzahür formalarına yönəldib. O bildirib ki, qlobal siyasi proseslərdə başlıca mübarizə vasitəsinə çevrilən medianın daşıdığı ictimai missiya əksər hallarda unudulur. İnternetin qazandırdığı texniki imkanların gətirdiyi yeniliklər müstəvisində milli-mənəvi dəyərlərə etinasız münasibət yolverilməzdir və bu cür hallara qarşı hamılıqla mübarizə aparmaq laızmdır.
Layihənin eksperti, "Ruh” AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov bildirib ki, onlayn media resurslarında milli-mənəvi dəyərlərin qorunması sahəsində nəzərə çarpan təmayülləri ictimaiyyətin müzakirəsinə çıxararaq, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına dəstək vermək mümkündür. Ekspertin sözlərinə görə, son dövrlər internet media resurslarının sayındakı artım söz və ifadə azadlıqlarının dərinləşdirilməsi baxımından nə qədər pozitiv amil olsa da, proses çoxsaylı neqativ cəhətlərlə də yadda qalır: "Bəzən xoşagəlməz hallar cəmiyyədə əsrlərlə formalaşmış dəyərləri təhdid edir. Buna görə də belə tendensiyalarla mübarizə aparılmalıdır. Media ictimaiyyəti məsələyə həssas diqqət göstərməlidir. Mövcud istiqamətdə həqiqi qələm sahiblərinin peşəkarlığa söykənərək təqdim etdikləri materiallara ehtiyac var”
Tədbirdə çıxış edən Cəlilabad rayon İcra Hakimiyyətinin əməkdaşı Varid Əsgərov, Cəlilabadda işıq üzü görən "Yeni gün” qəzetinin baş redaktoru Böyükxan Bağırlı və başqaları mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin mayın sonunda Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var