"Bavariya" və "Barselona" yarımfinalda! - Bu gecə nəhənglərin "döyüşü" olacaq

img

22-04-2015 [10:07]


Çempionlar Liqasında 1/4 finalın cavab oyunları keçirilir.

Səfərdə PSJ-ni məğlub edən "Barselona" rəqibini doğma azarkeşləri önündə qəbul edib. Paris təmsilçisi yarımfinala adlamaq üçün rəqibinə ən azı 3 cavabsız qol vurmalı idi.  Lakin "Barselona” buna imkan verməyib. Kataloniyalılar Neymarın dublu sayəsində yarımfinla vəsiqə qazanıblar. 

Digər oyunda "Bavariya" evdə "Portu"nu sınağa çəkib. Səfərdə gözlənilmədən rəqibinə 1:3 hesabı ilə uduzan Münhen təmsilçisi həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb – 6:1. Beləliklə Pep Qvardiolanın komandası da yarımfinala yüksəlib. 

Qeyd edək ki, digər iki yarımfinalçı bu gün keçiriləcək iki oyundan sonra müəyyənləşəcək. 

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları:

23:45. "Barselona" (İspaniya) - PSJ (Fransa) - 2:0
(İlk oyun - 3:1) 
Qollar:  Neymar, 14, 34

23:45. "Bavariya" (Almaniya) - "Portu" (Portuqaliya) - 6:1 
(İlk oyun - 1:3) 
Qollar: Alkantara, 14 (1:0), Boatenq, 22 (2:0), Levandovski, 27 (3:0), Müller, 36 (4:0), Levandovski, 40 (5:0), Martnez, 73 (5:1), Alonso, 88 (6:1)

Bu gecə isə aşağıdakı komandalar oynayacaq:

"Monako" (Fransa) - "Yuventus" (İtaliya)
(İlk oyun - 0:1)

"Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya)
(İlk oyun - 0:0)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA