Para-taekvondo üzrə milli komandamızdan yeni uğurlar - Açıqlama (FOTO)

img

21-04-2015 [17:57]


 4-cü Avropa çempionatında  milli komandamız ümumi komandalar arasında 3-cü yerə layiq görülüb.

Bunu Mia.az-a Para-taekvondo üzrə milli komandanın mətbuat xidməti rəhbəri  Fuad Rəsul deyib. Onun sözlərinə görə,  Para-taekvondo üzrə milli komandamız aktivinə 7 medal əlavə edib:

"15 ölkədən 89 idmançının qatıldığı qitə çempionatına millimizin üzvlərindən Nicat Müslümov (-75 kq), Rövşən Qəhrəmanlı (-61 kq), Aleksandr Polişuk (+75 kq) qızıl medal qazanaraq fəxri kürsün ən yüksək pilləsinə qalxıb. 

Namiq Abbasov (-61 kq) və Röyalə Fətəliyeva (-49 kq) final döyüşündə rəqibinə məğlub olaraq yarışı ikinci pillədə başa vurub.Digər təmsilçilərimizdən Anar Hüseynov (-61 kq) və Vüqar Adışirinov (+75 kq) bürünc medala layiq görülüblər".

Qeyd edək ki, Komanda Avropa çempionatına Azərbaycan Taekvondo Federasiyasının Vitse-Prezidenti Niyaməddin Paşayev, baş katib Həmdiyyə Məmmədov,eləcə də baş məşqçi,əməkdar məşqçi Əvəz Tağıyev, böyük məşqçilər Yaşar Səfərov və Tərənnüm Bayramovun rəhbərliyi ilə qatılmışlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA