Məşhur müxalif jurnalist güllələndi

img

16-04-2015 [17:58]


Ukrayna paytaxtı Kiyevdə jurnalist Oles Buzina öldürülüb. 

Mia.az Anspress-ə istinadən xəbər verir ki, müxalifətçi yazıçının ölümü haqqında məlumat bu gün sosial şəbəkədə peyda olub.

"Elə bu dəqiqələrdə Deqtərevsk küçəsində 58 saylı binanın yanında tünd göy rəngli "Ford Fokus”dan məşhur jurnalist Oles Buzina güllələndi. Maşındakı nömrə ya Latviyaya, ya da Belarusa məxsus idi. Dəqiq budur ki, Ukrayna nömrəsi deyildi”, - deyə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Qeraşenko öz "Facebook” səhifəsində yazıb. 

Oles Buzina - müxalifətçi jurnalist, yazıçı və tele aparıcıdır, Ukrayna əleyhinə çıxışları ilə tanınır. "Xortdan Taras Şevçenko”, "Kotanla yabanın ittifaqı. Ukraynanı necə uydurdular” kitablarının müəllifidir. "Seqodnya” qəzetinin keçmiş şef-redaktorudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA