Yeni sayt fəaliyyətə başlayacaq - Etap.az

img

14-04-2015 [12:55]


15.04.2015-ci il tarixindən etibarən Etap.az saytı fəaliyyətə başlayacaq.

İtirilmiş əşyaların qeydiyyatı və axtarışı xidmətini yerinə yetirəcək Etap.az adlı bu layihə vasitəsilə itirilmiş əşya sahibləri itirdikləri əşya barədə saytda pulsuz elan verə biləcəklər. Layihənin əsas məqsədi internet imkanlarından istifadə edərək asanlıqla itirilmiş əşya haqqında elan yayımlamaq, itirilmiş və ya tapılmış əşyanın sahibinə qaytarılması ilə bağlı yüksək ödənişsiz xidmət təmin etmək və cəmiyyətdə sosial fayda vərdişləri yaratmaqdır.

Veb versiya kimi təqdim olunacaq Etap.az gələcəkdə mobil tətbiq kimi istifadəçilərin xidmətinə təqdim olunacaq. Bu da öz növbəsində daha çox istifadəçiyə daha çox xidmət göstərməyə imkan yaradacaq. Artıq 01.02.2015-ci il tarixindən rəsmi facebook səhifəsi https://www.facebook.com/etap.azfəaliyyət göstərir.

Layihə çərçivəsində gündəlik restoranlar şəbəkəsi, Bakı Metropoliteni, İdman sağlamlıq mərkəzləri, nəqliyyat şirkətləri, sosial iaşə obyektləri və digər təşkilatlarla quracağımız əməkdaşlığı, həmçinin layihənin gələcəkdə region üzrə bazara çıxma ehtimalını nəzərə alaraq qeyd etmək mümkündür ki, qeyd olunmuş istifadəçi sayı dəfələrlə arta bilər.

Etap.az xidmətlərini tamamilə pulsuz təqdim edir. Ödənişli "premium” elanların imkanlarından istifadə edərək elan sahibləri elanın daha çox görüntülənməsini əldə edə bilər. Əsas gəlir mənbəyi kimi "premium” elanlardan başqa saytda reklam imkanları satılacaq. Statistik göstəricilərə əsasən bazardakı şirkətlərə Etap.az vasitəsilə öz məhsul və xidmətlərini reklam etmək imkanı veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR