Mətbuat Şurası mitinqdə monitorinq aparıb

img

05-04-2015 [23:00]


Azərbaycan Mətbuat Şurasınn Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu bu gün müxalifətin "İnşaatçılar”metrostansiyasının yaxınlığındakı "Məhsul” stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Mətbuat Şurasının mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, aksiyada bununla bağlı hər hansı problem qeydə alınmayıb. Kütləvi informasiya vasitələrinin təmsilçilərindən qrupun üzvlərinə hansı müraciət edilməyib.

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri mitinqi işlıqlandıran jurnalistlərin əsasən üzərində "press” yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.

Bununla belə mövcud peşə tələbinə əməl etməyən jurnalistlər də olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA