Azərbaycanda jurnalist külli miqdarda narkotiklə tutulub

img

31-03-2015 [13:50]


Martın 31-də saat 5 radələrində Cəlilabad şəhəri ərazisində Bakı şəhər sakini Səbuhi Ağalarovun idarə etdiyi "Mercedes" markalı avtomobil Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı ümumi çəkisi 4 kiloqram narkotik vasitə - 2 kiloqram 135 qram heroin, 805 qram marixuana və 1 kiloqram 30 qram tiryək aşkar edilərək götürülüb.

Mia.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, S.Ağalarov və onun sərnişini, Bakı şəhər sakini Xanış Qasımov tutulublar.

İlkin araşdırmalarla Səbuhi Ağalarovun "Detektiv press" qəzetinin şöbə müdiri olduğu müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA