Dövlət başçılarının maaşı - SİYAHI

img

31-03-2015 [13:37]


Dünya liderlərinin nə qədər maaş alması hər zaman ictimaiyyəti maraqlandırıb. Axı onlar da adi işçilər kimi tutduqları vəzifəyə görə maaş alırlar. Media da zaman-zaman bununla bağlı məlumatları yayıb. Modern.az saytı xarici mətbuata istinadən dünya liderlərinin maaşı barəsində son göstəriciləri təqdim edir.




Belə məlum olur ki, hazırda dünyada ən yüksək maaşı Sinqapurun baş naziriLi Hsien Loonqalır. Onun illik məvacibi 1 milyon 700 min dollardan bir qədər artıqdır.

Bu, ABŞ prezidentiBarak Obamanınmaaşından təxminən 4 dəfə artıqdır. Belə ki, Ağ ev rəhbərinin maaş kartı hər il 400.000 dollara qovuşur.

Siyahıda yer alan digər liderlərin maaşlarına baxaq...

Kanada prezidentiStepan Harper260 min dollarla ən çox maaş alan dövlət başçılarının siyahısında 3-cü sırada qərarlaşıb.

O, siyahıda özündən sonra gələn lideri – Almaniya kansleriAngela Merkeli26 min dollar qabaqlayır. Belə ki, xanım kanslerin illik məvacibi 234 min dollardır.

Cənubi Afrika Respublikasınınbaşçısı da öz maaşının çoxluğuna görə fərqlənir. PrezidentZumaildə 223.500 dollar maaş alır.

O, bu maaşla yüksək iqtisadi inkişafına görə fərqlənən ölkələrin - Böyük Britaniya və Yaponiya rəhbərlərini qabaqlayır.

Böyük Britaniyanın baş naziriDevid Kemeronunkartına yüklənən maaşın məbləği ildə 214.800 dollar olur.

Yaponiyanın baş naziriŞinzo Abeisə ildə 202.700 dollar maaş alır.

Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanıntutduğu posta görə il ərzində aldığı maaş 197.400 dollar təşkil edir. O, bu göstərici ilə Fransa prezidentiFransua Ollandı3100 dollar qabaqlayır.

Belə ki,Fransaprezidentinin illik maaşı 194.300 dollara bərabərdir.


Dünyanın hazırkı iqtisadi durumuna təsir edən liderlərdən biri -Vladimir Putinisə həmkarlarından xeyli az maaş alır. Onu da qeyd edək ki, Rusiya prezidenti bu ilin əvvəlində öz maaşını 10 faiz azaldıb. Hazırda Putinin maaşı ildə 136 min dollara çatır.

Siyahının sonrakı pillələrində isə bu dövlət başçıları yer alır:

İtaliyanın baş naziriMatteo Remzi- ildə 124.000 dollar.

Braziliyanın xanım prezidentiDilma Rusef -ildə120.000 dollar

Hindistan prezidentiNarendra Modi– ildə 30.000 dollar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA